Sarımsaqlı süd qədimdən bəri min bir dərdin dərmanı hesab olunur. Sarımsaq təbii antibiotik sayılsa da, kəskin qoxusuna görə gündəlik rasionumuza salmırıq. Yəqin elə buna görə də lap qədimdən onu südə qarışdırın içərmişlər.
Sarımsaqlı süd xolesterini azaldır, ürək xəstəliklərinin qarşısını alır, qaraciyəri təmizləyir, artritə və sinir sisteminin fəaliyyətinə faydalıdır. Bundan başqa həm kişilərdə, həm də qadınlarda sonsuzluğa qarşı istifadə olunur.
Sarımsaqlı südü hazırlamağın qaydası:
500 ml süd
10 diş sarımsaq
2 çay qaşığı şəkər tozu
250 ml su
Sarımsağın qabığını təmizləyin. Su ilə südü qarışdırıb, ocaqda qaynadın. Üzərinə sarımsaq əlavə edilmiş məhlulu minimal odda bir az da bişirin. Sonda isə şəkər tozu əlavə edin.
Sarımsaqlı südü həftədə iki dəfədən çox qəbul etməyin.
Şəkərli diabet, mədə xəstəliklərindən əziyyət çəkənlərin bu qarışımdan uzaq durmaları tövsiyə olunur.