Sac

Saçlarla bağlı mifik faktlar

Baxış sayı: 1. 325

Saç insanın gözəlliyini tamamlayan təbii aksesuardır. Amma əslində saçımız yalnız estetik xarakter daşımır. Saçlarımız orqanizmimizin təbii dalğa ötürücüləridir. Onlar məkanın enerjisini bədənimizə çəkir.

Əfsanəyə görə qədim zamanlarda insanların saçı olmayıb. Onun əvəzində başı əhatə edən maqnit seli mövcud imiş. Bu təsvirlərə adətən ikonalarda rast gəlinir. İnsan günahlara batdıqca, kosmik enerji seli də onu tərk edir. Əvəzində isə saçlar yaranır, və bizi səma ilə əlaqələndirir.

Image result for saçlar

Hətta fövqəltəbii qüvvələrə inansaq, saçlarımız zədələnəndə, yaxud töküləndə bizə təsir edən bioenerji dalğalarının axını da dəyişir. Bu isə həyatımıza da təsirsiz ötüşmür. Odur ki, saç kəsdirərkən bir sıra şərtlərə əməl etməliyik. Ən əsası bionerjimizi kəsməyi hər kəsə etibar etmək olmaz. Bərbər seçərkən, həyat dolu, şən insanlara üstünlük verin. Özünüz saçınızı kəsməyin. Hətta belə bir inanc var ki, saçınızı kəsən, rəngləyən həmcinsiniz olmalıdır. Bütöv ay çıxanda kəsilən saçlar daha tez uzanır. Bioenergetiklərin dediyinə görə soyuqlanda, xəstələnəndə saçın uclarında bir az kəsdirmək lazımdır.

Unutmayın, bazar günü kəsilən saçlar taleyinizi bağlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir