su

Qazlı su uşaqların yaddaşını zəiflədir?

Baxış sayı: 1. 123

Gündəlik qida rasionuna daxil olan qazlı suların orqanizmə vurduğu zərərdən çoxları xəbərdar deyil. Mütəxəssislərin qənaətinə görə, gündə 1 şüşə qazlı su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur. Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi məsləhət görürlər.

Şirin qazlı içkilərin orqanizmə zərərli təsirinin daha çox olduğunu bildirən həkim-endokrinoloq Gülay Məmmədova deyir ki, xüsusilə də sintetik qablarda olan istər rəngli, istərsə də rəngsiz qazlı içkilərin uzun müddət saxlanılması orqanizmə mənfi təsir göstərir (Azərtac). Plastik qabların tərkibindəki bəzi kimyəvi materiallar suyun tərkibinə keçərək orqanizmə ziyan vurur.

Aparılan laborator araşdırmalar göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxara bilir. Üstəlik qazlı su diabet xəstələrində şəkərin miqdarının artması təhlükəsi yaradır.

Həkim-endokrinoloqun dediyinə görə, orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi, qatqısız və rəngsiz su içməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir