qidalar

Ərzaqların rənginə görə FAYDALARI

Baxış sayı: 1. 199

Gün ərzində yediyimiz hər bir qidanın rənginə görə faydası olduğunu bilirdinizmi? Yəqin ki, bu suala cavab verənlərin əksəriyyəti üçün müsbət cavab keçərli deyil. Məhz bu haqda məlumatlı olmağınız üçün meyvə və tərəvəzlərin rənginə görə faydasını təqdim edirik.

Картинки по запросу беÐ

Ağ rəngli qidalar

Ağ rəngli qidalar immun sistemini gücləndirir. Bununla yanaşı, xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar.

Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi də ağ rəngli qidalar siyahısındadır.

Картинки по запросу зеÐ

Yaşıl rəngli qidalar

Yaşıl meyvə və tərəvəzlərin tərkibində fitokimyasal maddələr var. Xüsusilə bəzi xərçəng risklərinin azaldılmasında, göz xəstəliklərində, əzələ və sümüklərin yenilənməsində və sağlam dişlərdə rol oynayırlar.

Yaşıl qidalar arasında brokoli, ispanaq, kivi, yaşıl bibər, xiyar, yaşıl soğan kimi qidaları saymaq olar.

Картинки по запросу jeltie produkti

Sarı rəngli qidalar

Sağlam dəridə mühüm rol oynayan sarı rəngli qidalar, bununla yanaşı həzm sistemini inkişaf etdirir və beyin funksiyalarını həyata keçirirlər.

Sarı qidalar arasında banan, limon, ananas, sarı bibər, qarğıdalı və kartofu saymaq olar.

Картинки по запросу fioletovie produkti

Bənövşəyi ərzaqlar

Bənövşəyi qidalara rəngini verən antosiyaninlər yaşlanma əleyhinə rol oynayır. Həmçinin sümük sağlamlığını inkişaf etdirir və bəzi xərçəng növlərinə yaxşı təsir edir.

Bənövşəyi qidalar arasında badımcan, bənövşəyi ərik, qaragilə, bənövşəyi kələm sayıla bilər.

Картинки по запросу oranjevie produkti

Narıncı qidalar

Narıncı rəngli qidalar antioksidant baxımından çox zəngindir. Xərçəngdən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immun sistemini gücləndirirlər.

Narıncı qidalar arasında portağal, kök, balqabaq, şaftalını saymaq olar.

Картинки по запросу красные продукты

Qırmızı rəngli qidalar

Ürək sağlamlığı üçün tərkibində lazımi fitokimyasal maddə olan qırmızı rəngli qidalar həmçinin yaddaşı gücləndirir və iltihabın qarşını alır.

Pomidor, alma, çuğundur, qırmızı bibər, çiyələk, qırmızı soğan, qırmızı üzüm qırmızı rəngli qidalardan sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir