aptek

Aptek, yoxsa narkobiznes mərkəzi? – VALİDEYNLƏR, DİQQƏT!

Baxış sayı: 1. 396

Narkotik tərkibli dərmanlar uzun müddət istifadə olunduqda asılılıq yaradır. Bu cür preparatlardan istifadə getdikcə artmaqdadır. Həmin vasitələr cəmiyyət üçün təhlükə mənbəyi olduğuna görə, onların istifadəsi qanununla qadağan olunur. Buna rəğmən bəzi apteklərdə bu cür tərkibə malik olan dərmanlar satılır və yaşından asılı olmayaraq hər kəs üçün əlçatandır.

Məsələn, elə bu günlərdə Ağcabədi rayonunda fəaliyyət göstərən apteklərin birində külli miqdarda narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A.Fətullayevə məxsus aptekə baxış keçirilən zaman oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman preparatları aşkar edilərək götürülüb.

Şübhsəızi ki, bu cür hallara qarşı daim mübarizə aparılır, mövcud vəziyyətin qarşısının alınması istiqamətində ciddi addımlar atılır. Bununla belə yenə də bəzi apteklərdə məlum arzuolunmaz hala – gənc və yeniyetmələrə narkotik tərkibli dərman satılması halına rast gəlinir.

Əlbəttə, bu halın önlənməsində valideynlərin, ailələrin də danılmaz rolu var.

Psixoloq Fərqanə Mehmanqızı da bildirir ki, gənclərin mənəvi aclığa məhkum edilməsi hər cür arzuolunmaz vəziyyətlərə yol aça bilər:

“Mən bildiyim qədər belə dərmanlar satılmır. Əgər satılırsa, belə şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ümumilikdə isə yeniyetmələrin pis vərdişlərdən qorunmasında, arzuolunmaz yollara düşməsinin qarşısının alınmasında valideynlərin rolu böyükdür.

Hər bir ailə övladlarına xüsusi nəzarət etməlidir. Övladlar sevgi ilə böyüməlidir. Onların mənəvi aclığa məhkum şəkildə böyüməsi, bu cür xoşagəlməz vəziyyətlərin yaranmasına gətirib çıxarır”.

 

Sevda Ulutau




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir