sevgi

Həyat yoldaşınıza hörmət bəsləyirsinizmi?

Baxış sayı: 1. 401

Həyat yoldaşına hörmət bəsləmək nə deməkdir? Əgər istəyirsinizsə, məsələyə əvvəlcə bu sulaın cavabından başlayaq. Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşının qarşısında fərəqət dayanmaq kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.

Bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır.

Tərəflər bir-birilərinə xəbərdarlıq etmək və müsbət tənqid etmək hüququna malikdirlər. Bu, çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün faciədir.

Elə isə həyat yoldaşımıza necə hörmət bəsləməliyik? Hər şeydən əvvəl hər hansı bir hadisə qarşısında özümüzü həyat yoldaşımızın yerinə qoyub o şəkildə reaksiya verməliyik. Yəni həyat yoldaşımızla impatiya qurmalıyıq. Danışarkän səs tonumuzu, vurğularımızı seçməli, hər sözümüzə həssaslıqla yanaşmalıyıq. Dinləməyi öyrənməliyik. Həyat yoldaşımıza özünü ifadə etmək üçün imkan verməliyik. Vaxtından əvvəl hökm verməyə çalışmamalıyıq. Xüsusilə, cəmiyyət içərisində mübahisə etməməyə və həyat yoldaşımızı ittiham etməməyə diqqət yetirməliyik. Problemlərimizi təkbətək və qarşılıqlı hörmət çərçivəsində həll etməliyik. Təhqirə yol verməməliyik. Həyat yoldaşımızın zövqləri, düşüncələri ilə razılaşmasaq da, sərt reaksiya göstərməməliyik. Lazım gəlsə, ortaq məxrəcə gəlməyə çalışmalıyıq. Həyat yoldaşımıza hörmət bəslədiyimiz kimi onun dəyər verdiyi şeylərə də (məsələn, ailəsi) hörmət bəsləməliyik. Təbii ki, bu maddələri artırmaq da olar. Ancaq düşünmək üçün hələlik bu da kifayətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir