estetik

Dinimiz estetik əməliyyatları caiz sayırmı?

Baxış sayı: 1. 461

Aprelin 18-də Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın keçirdiyi burun əməliyyatından sonra vəfat edib. Yaxınlarının “Trend”ə verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş. Aprelin 17-də baş tutan sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, gənc qızın əməliyyatı “Baku Medical Plaza”da həyata keçirilib. Xəstəxanadan mətbuata açıqlama verilərək bildirilib ki, gənc qız əslində başqa klinikada əməliyyat olunub:

“Özünü yaxşı hiss etmədiyindən sonradan bizim plazaya müraciət edib. Onun ölümünün bizim plazanın həkimləri ilə hər hansı əlaqəsi yoxdur”.

Gülyaz Hacıyeva ile ilgili görsel sonucu

Ümumiyyətlə ölkəmizdə son illərdə uğursuz, eləcə də ölümlə nəticələnən estetik cərrahiyyə əməliyyatların sayı artmağa, hətta normal halını almağa başlayıb. Əgər əvvəllər gözəllik əməlliyyatlarına sənətçilər, tanınmış simalar girirdilərsə, hazırda sadə, orta yaşayış imkanına malik insanlar da üstünlük verir. Bunun səbəbləri isə daima müzakirə mövzusu olub. Estetik əməliyyata girmək xüsusən də gənc qızların arasında bir növ dəbə düşüb. Son vaxtlarda bu cür əməliyyata müraciət edənlərin arasında kişilər də çoxluq təşkil etməyə başlayıb. Əksəriyyət əməliyyat zamanı baş verə biləcək ölüm riskinə o qədər də önəm vermir. Halbuki, mütəxəssislər dəfələrlə qeyd edir ki, istənilən cərrahiyyə əməliyyatlarında ölüm riski hər 10 nəfərdən birində və yaxud ikisində baş verə bilər.

Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı ola bilər ki, bu da ölüm səbəbidir. Ekspertlərin fikrincə, arzuedilməz nəticələrin, uğursuz əməliyyatların yaşanmaması üçün düzgün həkim, düzgün xəstə və doğru diaqnoz çox önəmlidir.

Bəs burun əməliyyatı rinoplastikadan sonra hansı qaydalara əməl etmək lazımdır? Bu əməliyyatın əsasən hansı fəsadları ola bilir?

Mütəxəssislər qeyd edir ki, rinoplastika aparıldıqdan sonra, adətən, burunda və göz ətrafı nahiyədə güclü şişkinlik müşahidə edilir. Əməliyyatdan sonra ən azı 7-10 gün ərzində gips sarğıda gəzmək lazımdır. Şişkinliklər 10-20 gündən sonra keçir. İlkin nəticə 6 aydan sonra, son nəticə isə-12 aydan sonra qiymətləndirilir. Əməliyyat sonrası dövrdə pasiyentdə ağrı hissləri olmur. Əgər cərrah tamponları üç gün ərzində burunda saxlamağı lazım bilərsə, ola bilsin ki, müəyyən müddət ərzində ağzınızla nəfəs almalı olacaqsınız. Sağalma müddəti əsasən orqanizmin fərdi xüsusiyyətlərindən və pasiyentin yaşından asılıdır, ona görə də həkim reabilitasiyanın təxmini davam etmə müddətini söyləyə bilər. Gipsin çıxarılmasından sonra müayinə olunmaq üçün həkimin təyin etdiyi dövriliklə həkimin qəbuluna gəlmək lazımdır.

Burnun dəyişdirilmiş forması bütünlükdə üzün proporsiyalarını əsaslı şəkildə dəyişdirə bilər, məsələn, gözlərin vizual olaraq böyüməsi effektinə nail olmağa və ümumi cizgiləri daha harmonik etməyə imkan verir.

Mütəxəssilər arici burnun uğursuz şəkildə keçirilmiş plastikasından sonra ikinci (təkrar) rinoplastika adlandırılan əməliyyatların xüsusi mürəkkəb müdaxilə olduğunu bildirir. Bu əməliyyatların aparılması birinci müdaxilədən ən tez 6 aydan sonra həyata keçirilə bilər. Halbuki baş verən son hadisədən belə məlum olur ki, 27 yaşlı Gülyaz Hacıyeva 15 gün ərzində 3 dəfə əməliyyata girərək həyatnı tam risk altına qoyub.

Təkrar rinoplastikanın aparılması üçün səbəb aşağıdakılar ola bilər: burnu qeyri-təbii qısa edən yanlış tikilmiş qığırdaqlar; qığırdaqların həddən artıq götürülməsi, bunun nəticəsində də burnun ucunun forması deformasiyaya uğrayır; lateral qığırdaqların həddən artıq götürülməsi.

 

Bakıda burun əməliyyatı neçəyədir?

Araşdırmalar onu göstərir ki, qonşu Türkiyə, Rusiya dövlətlərinə nisbətən ölkəmizdə estetik əməliyyatların qiyməti daha əlçatandır. Məsələn, Bakıdakı “Spirumed” klinikasında bu əməliyyat 900-1600 manat, “Mərkəzi Gömrük Hospitalı”nda 1100-1800 manat, Mərkəzi Klinikada 1300-2500 manat,  “Bakı Tibb Mərkəzi”ndə 1500-1600 manat, “Baku Medical Plaza”da isə 2300-2500 manat arasında dəyişir.

 

Bəs estetik əməliyyatların dində hökmü varmı?

İlahiyyatçı Emil Rahiloğlu ile ilgili görsel sonucu

İlahiyyatçı Emil Rahiloğlu mövzu ilə bağlı “aşağıdakıları dedi: “Əgər həqiqətən də üz cizgilərində bir eyiblilik var, onu əməliyyatla aradan qaldırmaq olar. Lakin heç bir eyib olmadan, sadəcə daha da gözəlləşmək naminə estetik əməliyyata girmək bəyənilmir”.

Digər ilahiyyatçılar da qeyd edir ki, İslam dini müalicə və yaxud sonradan yaranmış qüsurları aradan qaldırmaq üçün edilən estetik əməliyyatlara icazə verir. Lakin daha da gözəl görünmək üçün burun, üz, dodaq və digər orqanlarda aparılan estetik əməliyyatlar haram və günah, fitrətə müdaxilə sayılır. Caiz olmayan estetik əməliyyatlara xərclənən pullar isə israfçılıq hesab olunur.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir