yasil_icecek

Yuxudan ayıla bilmirsiz? – Bu içkilərdən İSTİFADƏ EDİN!

Baxış sayı: 1. 197

Yuxudan ayılmaqda çətinlik çəkənlər bəzən müxtəlif vasitələrə əl atsalar da, çox vaxt çarəsi olmur. “Gencaile.az” daha bir çıxış yolu təqdim edir. Bu içkilərdən hansınısa qəbul etsəniz, özünüzü bütün gün gümrah və enerjili hiss edəcəksiniz.

 

Limonlu su

Günə qəhvə və ya çayla yox, bir stəkan limonlu isti su ilə başlamağınız çox faydalıdır. Bu sadə kokteyl qanı təmizləyir, yüksək qan təzyiqi ilə mübarizə aparır, metabolizmin sürətini artırır (çəki itirmək üçün), mövsümi baş ağrılarından qoruyur, amma ən əsası – bütün gün üçün güc və əla əhval-ruhiyyə verir.

 

Yaşıl çay

Müstəqil içki kimi qəhvədən daha yaxşıdır. Çayın dadını limon, zəncəfil, nanə kimi əlavə qatqılarla fərqləndirə bilərsiniz.

 

Nar suyu

Nar suyunun sağlamlığa faydaları çoxdur. Hətta uşaqlar və hamilə qadınlar üçün də olduqca faydalı içkidir. Nar suyu ürək-damar sistemini gücləndirir.

 

Zəncəfilli çay

Zəncəfil faydalı elementləri özündə biləşdirir. Zehni işlə məşğul olan insanlar üçün zəncəfil çayı xüsusilə vacibdir, çünki diqqətin konsentrasiyasını yaxşılaşdırır. Həmçinin mövsümi xəstəliklərin də qarşısını almaqda yardımçıdır. Həyat verən eliksir üçün hər kəsə faydalı olacaq resept: bir çay qaşığı bal və limonlu qaynar suya nanə yarpağı və zəncəfil kökü əlavə edib qarışdırın və için.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir