SAM

Şamları necə düzgün istifadə etməli? – 8 İPUCU

Baxış sayı: 1. 134

Şamlar adətən Yeni il süfrəsində geniş istifadə olunur, onlar evdə bir az sehrli, bir az da romantik əhval ruhiyyə yaradır. Bundan əlavə insanlar doğum günü və bu kimi digər özəl günlərdə də şamdan istifadə edir. Amma bizim heç xəbərimiz yoxdur ki, şam yandırılması həm də xüsusi nüanslara malik bir ritualdır. Sizə şamlarla düzgün rəftar etməklə bağlı 8 ipucu veririk.

 

SOYUQ ŞAMLAR DAHA UZUN MÜDDƏT YANIR

Şamları yandırmazdan öncə onları yaxşıca soyudun – bu yanma prosesini ləngidəcək və daha hamar edəcək. Yeri gəlmişkən yaxşı olar ki şamları soyuducuda saxlayasınız, onlar bu zaman deformasiya olmayacaq.

Şamları necə düzgün istifadə etməli

AXINTILARA YOX

Siz masanı dekorativ şamlar ilə bəzədikdə, yanma zamanı axan mum görünüşə ciddi xələl gətirir. Bundan qurtulmağın çox hiyləgər bir yolu var.  Şamın yuxarı hissəsini, fitil olan yeri falqadan olan üzüklə bəzəyin – o yanmanı zəiflədəcək və ərimiş mum damlalarından sizi qoruyacaq.

Şamları necə düzgün istifadə etməli

ƏVVƏLCƏ FİTİLİ KƏSİRİK

Hər dəfə yeni şam yandıranda onun fitilini kəsməyə tənbəllik etməyin – fitilin görünən hissəsinin uzunluğu 5 mm-dən çox olmalı deyil. Bu ondan ötrü lazımdır ki, alov bərabər və parlaq olsun. Əks halda yanma zamanı fitil bükülür və şamın atəşi sönük görünür. Həmçinin bu sizi şüşə şamdandakı xoşagəlməz ləkələrdən qoruyacaq və ilk yanma zamanı yaranan xoşagəlməz qoxudan qurtaracaq.

Şamları necə düzgün istifadə etməli

ŞAMI NECƏ TƏMİZLƏMƏLİ?

Əgər şamlar böyükdürsə və siz onlardan bir neçə dəfə istifadə etməyi planlaşdırırsınızsa, onda onların yuxarı hissəsini yanıqlardan pambıq-kağız parçadan istifadə  edərək təmizləmək məsləhətdir. Parşa bitki yağı ilə isladılmış olmalıdır. Yəni yanma zamanı şamın üzərində heç bir əlavə kənar aşya olmamlıdır, məsələn kibrit qırıqları kimi.

 

ŞAMDANI NECƏ TƏMİZLƏMƏLİ?

Şamdanın dibinə, şamı ora qoymazdan öncə bir iki damla su damızdırın, bu istifadədən sonra onun təmizlənməsini asanlaşdıracaq.

Şamları necə düzgün yandırmalı

MUM BƏRABƏR ŞƏKİLDƏ ƏRİMƏLİDİR

Səbrli olun və gombul şamı üst hissəsi tam əriməmiş söndürməyin. əks halda şamda bir krater əmələ gələcək və fitil də onun dibində qalacaq, sonra fitili yandırmaq çətin olacaq. Ona görə də imkan verin ki, şamın kənar hissələri də bərabər şəkildə ərisin.

Şamları necə düzgün yandırmalı

HAVA AXINLARINDAN IZOLYASIYA

Yaddan çıxartmaq olmaz ki, yelçəkən, ventilyoator, açıq pəncərə və keçid yerləri şamın atəşi üçün məhvedicidir.  Hava axınların təkcə şamın yanmasına təsir etmir, həm də şamdanın divarlarında xoşagəlməz hisin yaranmasına səbəb olur.

Şamları necə düzgün yandırmalı

ŞAMLARI ÜFÜRMƏKLƏ SÖNDÜRMƏYİN

Ad günü tortunun üzərində olan şamlar istisna olmaqla, şamları üfürməklə söndürmək məsləhət deyil, bu zaman yanan fitilin iyi ətrafı bürüyür. Adətən bizim tərəflərdə şamı balaca qənd parçası ilə söndürürlər, siz isə balaca qapaqdan və ya bu məqsədlə istifadə edəcəyiniz xüsusi söndürücüdən yararlana bilərsiniz.

Şamları necə düzgün yandırmalı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir