YATAQ

Ramazanda cinsi əlaqəyə girməyin qaydaları – “RAMAZAN BƏLƏDÇİSİ”

Baxış sayı: 1. 471

Ramazan ayında oruc tutmaqla bağlı mübahisəli məqamlardan savayı ən çox maraq doğuran nüanslardan biri də cinsi münasibətlərlə bağlı məhdudiyyətlərdir.

“Ramazan ayında intim münasibətlər necə olmalıdır”, “İftardan dərhal sonra sekslə məşğul olmaq olarmı”, “Ramazan ayında seks qadağandırmı” kimi suallar açıq şəkildə verilir. Məhz bu məsələyə aydınlıq gətirmək üçün “Gencaile.az” saytının “Ramazan bələdçisi” rubrikasında bu mövzuya toxunmuşuq.

İftardan sonra cinsi istəyin artması sıx rast gəlinən vəziyyətdir. İslam inancına görə, oruclu ikən cinsi münasibətdən uzaq durmaq və imsakla iftar arasında cinsi əlaqəyə girməmək lazımdır.

Cinsi əlaqə ilə toplumda hakim fikir olan ayıb, qadağa və günah məfhumları insanın nikahlı həyat yoldaşı ilə normal cinsi əlaqələri belə şübhə altına alınır. Bunun ən yaxşı nümunələrindən biri Ramazan ayında yaşanan cinsi əlaqə mübahisələridir.

Ramazan ayında cinsi əlaqə çox yanlış formada, sanki bir günah kimi təsvir olunur. Bu da cinsi əlaqənin balansının pozulmasına yol açır. Bu balansın pozulması sadəcə seks həyatını deyil, ictimai quruluşu birlik içində saxlayan hörmət, etibar və sevgi qavrayışlarına da mənfi təsir göstərir. Yaxşı nizamlanmış münasibət heç kimin ruhuna, düşüncəsinə, duyğularına və cinsi istəyinə hökm etməyə icazə vermir. Lakin günümüzdə hər hansı cütlük üçün cinsi münasibətləri nizamlı şəkildə yaşamaq çox çətindir. Bu durum sevgisiz, hörmətsiz və bir-birinə etibar etməyən insanlardan ibarət topluma çevrilməyimizə səbəb olur.

İnsanların daha sağlam və xoşbəxt cinsi həyata sahib olması, cinsi əlaqə problemlərinin geridə qoyulması, fərdin və ailənin cinsi sağlamlığının yaxşılaşdırılmasına fayda vermək, intim mövzularda bilgisiz və təhsilsiz sürətli əhali artımına əngəl olmaq, əsas insan haqlarından olan cinsi sağlamlıq, ailə planlaşdırması, nəsil artımı məsələlərində hər kəsə hər keçən gün daha çox məsuliyyət düşür. Yoxsullara, qocalara, şəhid ailələrinə, tələbələrə, küçə uşaqlarında, sağlamlıq məhdudiyyəti olanlara, xəstələrə və qayğıya möhtac olan hər kəsə Ramazan ayının gözəlliklərini yaşamanın və yaşatmağın kişik fürsətini vermək də məsuliyyətə daxildir.

İslam inancına görə, oruclu ikən cinsi münasibətdən uzaq durmaq və imsakla iftar arasında cinsi əlaqəyə girməmək lazımdır. Ruhun və orqanizmin təmizlənməsinin zəruri olduğu Ramazan ayında cinsi əlaqəni qadağan etmək yerinə ürəklər və beyinləri təmizləyərək rahat və nizamlı bir əhval-ruhiyə yaratmağa çalışmalıyıq. Təbiətdəki bütün canlılara şəfqət və mərhəmət göstərilməsi şərtinin əsas olduğu Ramazan ayı boyunca sağlam və xoşbəxt cinsi əlaqə yaşana bilər. İnsan beynini dinləməyərək diqqətini duyğularına verə bilər. Təlaş, qorxu və qayğlarını bir tərəfə qoyaraq anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafı ilə yanaşı, ruh və bədən sağlamlığının qorunmasında cinsi münasibətlər əhəmiyyətli yer tutur. İntim həyat İslam dini tərəfindən insan təbiətinin ən əsas ehtiyaclarından biri kimi təsvir edilir.

İnsanlar üçün cinsi arzu və istəklər aclıq, susuzluq kimi təbii haldır. Buna görə də təmizlənmə ayı olan Ramazanda insanlar cinsi əlaqəni qadağan etmədən, ürəklərini və beyinlərini təmizləməlidir. İçlərindəki mənfi duyğu və düşüncələrindən qurtularaq pislikləri bir kənara qoymalıdırlar.

İftar süfrəsindən sonra toxluq hissi ilə bərabər şəhvətin yaranması tez-tez rast gəlinən durumdur. Çünki insanın instinktləri olan yemək, içmək, sığınmaq, qorunmaq və cinsi əlaqə bir zəncirin halqaları kimidir. Lakin çox yemək və maye qəbul etdikdən və ya dondurma yedikdən sonra cinsi əlaqəyə girmək sağlam seçim deyil. Həzmsizlik və soyuq içkilər cinsi enerjinin balansını poza bilir. Bu səbəbdən iftardan dərhal sonra cinsi əlaqəyə girmək məsləhət görülmür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir