Bədənimizin əsas üzvü olar ürəyimizin sağlamlığı üçün nə etməliyik? Payız ürəyin qayğısına qalmaq üçün ən yaxşı zamandır. Çünki indi meyvə və tərəvəzlərdə maksimum dərəcədə vitamin, minerallar var. Bunlar xüsusilə ürək-damar sistemi üçün faydalıdır.
“Gencaile.az” “anspress”-ə istinadən ürəyimizin yaxşı işi üçün lazım olan meyvə və tərəvəzi təqdim edir.
1. Xurma .
dadlı payız meyvəsi kalium və yodla zəngindir. Xurma volokardini əvəz edir. 2-3 dilim xurma sizi ürək ağrısından azad edəcək. Aterosklerozla mübarizədə xurma hətta almadanda faydalıdır.
2. Alma
Adətən yüksək təzyiq və ürək xəstələrinin menyusuna daxil olur. Alma istənilən formada faydalıdır. Çoxsaylı faydalı turşular damarlara faydalı təsir edir. Səhər yarma ilə bircə dilim alma yemək qandakı xolestrolu tənzimləyir.
3. Kartof
Kartof kalium ilə boldur. Bu ürək üçün ən vacib maddədir. Əgər sizə qan dövranının pisləşməsi diaqnozu qoyulubsa, bu məhsulun rasionda olması vacibdir. Təzə kartofda apelsində olan qədər C vitamini var.
4.Yerkökü
Təzə yerkökündə karotin var ki, bu da orqanizmdə A vitamininə çevrilir. Ən faydalısı isə yerkökünün şirəsidir. Dietoloqların sözlərinə görə, yerkökündən gündəlik istifadə qanda xolesterolu azaldır.
5. İtburnu
İtburnunun tərkibində olan maddələr bərpa-oksidləşmə prosesini yaxşılaşdırır. Bioflavonidlər damarların divarlarını möhkəmləndirir, imunniteti gücləndirir.