Aprel ayında paytaxtda yerindən və zonasından aslı olaraq kirayə bazarında bahalaşma 5-8 faiz müşahidə olunmuşdu.
Bəs hazırda vəziyyət necədir? Bazarda qiymətlər dəyişibmi?
Bu barədə açıqlama verən əmlak üzrə ekspert Nüsrət İbrahimli bildirir ki, il ərzində kirayə bazarında artım hökm sürür:
“Ümumilikdə, ay ərzində bazarda 1.24 %, il ərzində isə 5.3 % bahalaşma olub”.
Ekspert vətəndaşların satın almaq məqsədi ilə kirayə mənzillərə müraciət etməsinin bazara təsirindən də danışdı:
“Bununla əlaqədar qiymətlərin enməsi mümkün deyil. Məsələn, dünya təcrübəsinə, Avropa kirayə bazarlarına istinad etsək görərik ki, bu mexanizm onlarda da qurulub, ancaq bu ucuzlaşmaya səbəb olmayıb. Çünki bazarda qiymətlər tək tələb və təkliflə formalaşmır. Burada başqa faktorlar da var ki, onların sayəsində qiymət stabil qala bilir”.