depressiya

Depressiyadan xilas olmaq istəyirsinizsə… – MÜTLƏQ OXUYUN!

Baxış sayı: 1. 007

Depressiya müasir dövrün ən təhlükəli xəstəliklərindən biri hesab edilir. Vaxtında müalicə edilmədikdə intihara kimi aparan bu problemdən xilas olmaq elə də çətin deyil. Türkiyəli həkim-psixoloq Haluk Aksu depressiyadan xilas olmağın yollarından danışıb.

“Gencaile.az” həkimin məsləhətlərini təqdim edir:

“Aktiv həyat tərzi keçirən insanlarda depressiya az müşahidə edilir. Sevdiyiniz idman növü ilə məşğul olun. Buna imkan yoxdursa, heç olmasa həftənin 3 günü sürətli yeriyin”.

Haluk Aksu bildirib ki, dərmanlar depressiyadan çıxarmır, sadəcə, vəziyyəti bir qədər yaxşılaşdırır:

“Depressiyanı dərmanla müalicə etməyin tərəfdarı deyiləm. Çünki bu, problemi kökündən həll etmir. Əksinə, müalicə müddətini uzadır. Depressiyanın əsl düşməni sevgidir. Ona görə də, xəstələrimə yeni dostlar tapmağı, ailə üzvləri ilə əlaqələri gücləndirməyi, sevib-sevilməyi, ev heyvanı saxlamağı, yeni hobbilər tapmağı məsləhət görürəm. Dərdlərinizi bölüşün, hisslərinizi dilə gətirin, heç nəyi içinizə atmayın. Ən əsası isə, həyatdan gözlədikləriniz mümkün olduğu qədər reallığa uyğun olsun. Özünüzü heç vaxt gerçəkləşməyəcək xəyallara kökləməyin. Çünki bu, böyük xəyal qırıqlığı və dərin depressiya ilə nəticələnə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir