Dekorativ olmaq sizin əlinizdədir
Qış gəlincə çox vaxtımızı evdə keçiririk. Bu qış evimizi bəzəmək, dekorasiya etmək üçün əla bir vaxt ola bilər.
Tablo kimi bir ev
Divarın birinə rəsm çəkərək tablo kimi bir evə sahib ola bilərsiz. Üstəlik tablo təbiət mənzərəsidirsə, özünüzü bayırda hiss edəcəksiz. Həm də evin dərinliyini artırır.
Evinizdə bir meşə ağacı
Toplayacağınız meşə palmalarını rənglədikdən sonra bir qabda masanızın üzərinə qoya bilərsiz.
Bir divar, çox çərçivə
Evinizin bir divarından çoxlu çərçivə asa bilərsiz. Çərviçələr fərqli, ya da eyni ölçüdə, hətta tamamən eyni ola bilərlər. Rəsmləri mövsümə, ya da kefinizə görə dəyişdirə bilərsiz.
Yarpaq sənəti
İri bir yarpaq üzərində kəpənək olan bir tablo istifadə edə bilərsiz.
Yatağın başını bəzəyin
Yatağın başını bəzəmək və ya yapışqanlı bəzəklərlə dizayn etmək yataq otağınıza bol yaradıcılıq qatacaq. Bu dekorlar üçün divar rəngi ilə eyni tonda, ancaq onun kontrastı olan bir rəngi seçin.
Detallarla əldə olunan estetik
Bəzən adi bir detal bütün otağı örtər. Boş qalan yatağın başına xırda bir detal asmaqla bütün otağın boşluğunu yox edə bilərsiz.
Çərçivəsiz güzgülər
Xüsusən kiçik yerlərdə çərçivəsiz güzgülərdən istifadə edin. Həm ərazini böyük göstərər, həm də qələbəliyin yaratdığı göz yorğunluğunu alır.
Mesaj narahatçılığnız varsa
Divarlarınız nə üçündür? Dekorativ hərflərlə sevdiyiniz bir cümləni divara yaza və gününüzə ilham qata bilərsiz.
Evinizi əyləncəli hala gətirin
Sadə bir ev hər zaman daha çox seçilir, ancaq otaq rəngini əyləncəli, sizə enerji verəcək bir rəngdə seçməniz daha məsləhətdir.
Təbiətdən masanıza
Dəmir bir masa, ya da jurnal masası dar sahələri geniş göstərməyə kömək olacaq.
Ən sevdiyiniz künc
Evnizdə sevdiyiniz bir künc varmı? O ərazini əks etdirən bir ayna yerləşdirin.
Qaydalara sıxışıb qalmayın
Şamların mütləq masa üzərində, ya da vitrində durması vacib deyil. Yerə qoyaraq fərqli görünüş yarada bilərsiz.
Sadəlik sevənlərə
Sadə otaq üçün az əşya istifadə edin, ağ rəng seçin. Yenə də divarları səma fotoları ilə bəzəməyə nə deyirsiz?