4

28 May Müstəqillik Gününə həsr olunmuş İntellektual Yarış uğurla başa çatdı!

Baxış sayı: 502

“Tərəqqi Academy FN” və “Zirvə Gənclərin İnkişaf Klubunun” birgə təşkilatçılığı ilə keçirilən “Bil, Düşün, Qazan!” devizli İntellektual Yarış 23 may tarixində böyük coşqu və rəqabət atmosferində sona yetdi. 28 May Müstəqillik Gününə həsr olunan bu tədbir, “Tərəqqi Academy FN”-də saat 12:00-da başladı.

Tədbir şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla açıq elan olundu. Sükutun ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və iştirakçılar himni dərin ehtiramla ayaq üstə dinlədilər. Bu təntənəli açılış tədbirə ruhani bir dərinlik qatdı və hər kəsin qəlbində vətənpərvərlik hissini alovlandırdı.

2

Açılış mərasimini “Tərəqqi Academy FN”-in rəhbəri Fazilə İnqılabqızı  həyata keçirdi, həmçinin  ekspert kimi də fəal iştirak etdi və öz dəyərli fikirlərini iştirakçılarla bölüşdü. Münsiflər heyətinin tərkibinə həmçinin “Tərəqqi Academy FN”-in icraçı direktoru Nərgiz Mirzəyeva, iqtisad üzrə fəlsəfə doktoru Əbdül Musazadə və Təhsil-Tədris Mərkəzinin direktoru, təhsil eksperti Rəvanə Hüseynova daxil idilər. Ekspertlər yarış boyu diqqətlə müşahidələrini apardılar və sonda öz qiymətləndirmələrini, tövsiyələrini iştirakçılarla səmimi şəkildə bölüşdülər.

Tədbirə aparıcılığı Zirvə Gənclərin İnkişaf Klubunun nümayəndələri Həzizadə CavidanŞəhanə Abbasova həyata keçirdi. Hər iki aparıcı sualları son dərəcə səlis və diqqətlə səsləndirdi, bu da tədbirə ayrıca bir peşəkarlıq ruhu qatdı.

Yarışda 4 komanda iştirak etdi. Komandaların hər birinə şəhidlərimizin adı verildi. Bu, tədbirə dərin mənəvi bir məna qazandırdı və gənclərdə vətənpərvərlik ruhunu bir daha alovlandırdı. Yarış boyu suallar yalnız cavablandırılmaqla qalmadı, həm də tələbələrlə birlikdə müzakirə edildi. Bu interaktiv format tədbirə öyrənmə dəyəri qatdı və iştirakçıların mövzulara daha dərindən yiyələnməsinə imkan yaratdı.

Gərgin mübarizə və intellektual rəqabətin ardından bütün komandalar layiq olduqları yerlərə layiq görüldülər. Birinci yeri isə “Polad Həşimov komandası qazandı. Komanda öz bilik, zəka və güclü komanda ruhu ilə seçilərək ən yüksək pilləyə layiq görüldü.

1

Tədbiri böyük məmnuniyyətlə tamamlayan universitet tələbələri, yaşadıqları rəqabət mühitindən, ekspertlərin dəyərli fikirlərindən və canlı müzakirələrdən ilham alaraq ayrıldılar. Bu yarış gənclərimizin intellektual potensialını bir daha ortaya qoydu və şəhidlərimizin əziz xatirəsinə layiqli bir ehtiram oldu.

Bütün iştirakçıları, komandaları, aparıcıları və ekspertləri ürəkdən təbrik edir, növbəti tədbirlərdə yenidən görüşməyi arzulayırıq! 🎉🏆

 

“Tərəqqi Academy FN” | “Zirvə Gənclərin İnkişaf Klubu”

3

22

4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir