HEKIM

25 yaşadək hər kəs bu testdən keçməlidir – Cinsi əlaqə ilə keçən dəhşətli xəstəlik

Baxış sayı: 1. 020

İngiltərədə yerləşən İmperial Kollecin mütəxəssisləri cinsi yolla keçən klamidiya xəstəliyinə qarşı peyvənd hazırlayıblar.

Peyvəndin insanlar üzərindəki ilk sınağı uğurla başa çatıb.

Yenliyin 5 il ərzində bazara çıxarılması planlaşdırılır.

Sınağın nəticələri “Lancet Infectious Diseases” dərgisində yayımlanıb.

Bununla yanaşı, cinsi xəstəliklər üzrə elm adamları klamidiya xəstəliyindən qorunmağın ən effektiv üsulunun prezervativ olduğunu bildirir.

Qeyd edək ki, klamidya qorunmasız cinsi əlaqə yolu ilə yayılan bakterial infeksiya xəstəliyidir. Bu bakteriya sperma və ya vagina suyunda yaşayır. Xəstəliyə yoluxan insanlarda heç bir simptom olmadığı üçün infeksiya “səssiz xəstəlik” adlandırılır. Xəstəlik antibiotiklə müalicə olunmasa, ciddi komplikasiyalara səbəb ola bilir və sonsuzluq yaradır.

25 yaşdan aşağı hər insanın klamidya testindən keçmələri məsləhətdir. Bu testlər evdə də həyata keçirilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir