qoz pecenyesi

“Qoz” peçenyesini belə hazırlayın

Baxış sayı: 1. 485

Bu gün “Gencaile.az” saytının xanım oxucularını “Qoz” peçenyesinin necə hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi:

200 qram kərə yağı, 2 xörək qaşığı xama, 2 yumurta, 1 stəkan şəkər tozu, 1 paket vanil, 1/2 çay qaşığı soda, 1 xörək qaşığı alma sirkəsi, 1 ədəd bişmiş, qatılaşdırılmış süd.

 

Hazırlanması:

Qaba yumurtanı və şəkər tozunu əlavə edib çalırıq. İçərisinə xamanı və otaq temperaturunda ərimiş kərə yağını qatıb qarışdırırıq. Sonra vanili tökürük. Sirkə ilə sodanı birlikdə qarışdırıb onu da əlavə edib çalırıq. Unu da hisə-hissə əlavə edib xəmir yoğururuq. Xəmirdən əlimizdə fındıqdan az böyük götürüb yumrulayırıq. Qoz şirniyyatı üçün nəzərdə tutulmuş qaba yağ çəkib, xəmiri içərisinə qoyub sıxırıq. Ocağa qoyub bişiririk. Şirniyyatın hər iki üzünü bişirib, kənarlarında artıq çıxıntı varsa kəsirik. İçərisinə qatılaşdırılmış süd əlavə edib ağız-ağıza birləşdiririk. Sonra servis edirik.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir