Məktəblərdə uşaqların müəllim və ya şagirdlər tərəfindən sıxışdırılması, incidilməsi məsələsi gündəmdən düşmür. Mövzu millət vəkilləri, eyni zamanda müvafiq qurumlar tərəfindən müzakirə olunur, problemin ciddiliyi vurğulanır.
Mütəxəssislərin araşdırmalarına görə, məktəblərdə özünü göstərən şiddət təhsil sahəsindəki fəaliyyətlərə, fərdin ruhi sağlamlığına və inkişafına mənfi mənada təsir etdiyi üçün həlli vacib məsələdir. Aparılan araşdırmalar məktəblərdə baş verən təzyiqlərin qarşısını sadəcə təhlükəsizlik işçiləri, cəza və qanunlar vasitəsilə almağın mümkün olmadığını ortaya qoyub.
Zorakılıq göstərən uşaqların əsasən, impulslarını idarə edə bilməyən, məktəbdəki sosial tədbirlərə qatılmayan və ya kənarda qalan, dərslərində problem yaşayan, evində zorakılığa məruz qalan və ya bu hallara şahid olan, dağılmış ailələrin uşaqları arasından çıxdığı qənaətində olan araşdırmaçılar da var.
Ümumiyyətlə, bu gün məktəblərimizdə bullinq geniş yayılıbmı və problemin qarşısını necə alamaq olar?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirir ki, UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır: “Bullinqin bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Valideynlər, müəllimlər və şagirdlər zorakılığın zərərverici olduğunu öyrənməli, intihar riski olan uşaqlara kömək etməlidirlər. Təəssüflər olsun ki, son illərdə orta məktəb şagirdləri arasında zorakılıq, təqib və təqiblər getdikcə yayılır. Statistikaya əsasən, uşaqların təxminən 45 faizi oxşar hücumlara məruz qalıb, 20 faizi isə müntəzəm olaraq dağıdıcı təsirlərə məruz qalıb”.
K.Əsədov bildirir ki, zorakılıq fiziki və ya psixoloji olmasından asılı olmayaraq, qüvvələrin bərabərsizliyini nəzərdə tutur: “Zərər çəkən kəskin bir duygusal reaksiya və müqavimət göstərə bilmir. Adətən təcavüzkar qurbanın zəif fiqur olduğu yerdə daha güclüdür. Fiziki şəxslər qruplar tərəfindən zəhərlənir, fiziki cəhətdən zəif olanlar güclü və davamlı, psixoloji liderləri və boz kardinallar tərəfindən psixoloji olaraq qışqırdılaraq təhqir edilir. Şiddətin təkrarlanması ümidsizlik hissi yaradır. Bu kimi halların qarşısını almaq üçün məktəb direktorunun, məktəb psixoloqlarının və əsas da valideynlərin üzərinə böyük yük düşür. Mütləq şəkildə şagirdlərə nəzarət olunmalı, onlarla psixoloji işlər görülməlidir”.