Dünyada bir neçə yüz insan 100 illik yubileyini bayram edib. Azərbaycanda da yaşı 100-ü keçənlər az olmayıb və indi də belələrinə rast gəlmək mümkündür.
“Gencaile.az” xarici mediaya istinadla bildirir ki, uzunömürlülərin sayını artırmaqdan ötrü mütəxəssislərin tövsiyələrinə əməl etmək vacibdir.
Karbohidratlar
Bu tövsiyəni yaponiyalı Nabi Tadzima verib. Qadının ötən il 117 yaşı tamam olub.
Məlum olduğu kimi, Yaponiya uzunömürlülərin sayına görə bütün ölkələr arasında liderdir. Bu ölkədə hazırda 61 mindən çox uzunömürlü yaşayır.
Nabi Tadzima düyü və dəniz məhsullarından yüksək səviyyədə pəhriz tövsiyə edir. Qəhvəyi düyü və “kompleks” karbohidratları seçmək vacibdir.
Məqsədlər
113 yaşlı Delfina Qibson hamını qarşısına məqsəd qoymağı tövsiyə edir. Qadın ABŞ-ın ən yaşlı sakinlərindən biridir.
Qarşına məqsəd qoymaq və onlara nail olmaq, ailə və iman, ona bu çağa qədər yaşamağa imkan verib.
Alimlər də söyləyirlər ki, yaşı 50-dən yuxarı olan insanların həyatdakı məqsədlərinin mövcudluğu bəzi amillərlə birbaşa əlaqəlidir. Bu amillər əhəmiyyətli dərəcədə ömür uzunluğuna təsir edir.
Nikbinlik
Avropanın 115 yaşlı sakini əmindir ki, bu qədər uzun müddət yaşamasına hər hansı hadisənin parlaq tərəflərini tapmağı bacarması imkan verib.
Qadın həmişə yanında olan adama kömək etməyə cəhd göstərib.
Musiqi
Çinli Alimixan Seyti söyləyir ki, məhz musiqiyə və rəqslərə sevgisi ona 131 il yaşamağa imkan verib.
Uzunömürlünün sözlərinə görə, qocalıq çağında belə xoşuna gələn musiqiyə qulaq asmağı bacarır, onu sosial şəbəkədə axtarıb tapır və ondan zövq alır.
Su
Çindən olan uzunömürlü Seyti hamıya xatırladır ki, nə qədər mümkündürsə, o qədər çox təmiz soyuq su içmək vacibdir.
Bildiyiniz kimi, susuzlaşma metabolik xəstəliklərə səbəb olur. Metabolik bir pozğunluq ciddi xəstəliyə və vaxtından əvvəl ölümlə də nəticələnə bilər.
Səhər yeməyi
Səhərlər yumurta yemək lazımdır. 111 yaşlı italiyalı xanım Emma Morano uzunömürlülüyün sirrinin sadə olduğuna əmindir.
Onun ailəsinin bütün üzvləri hər gün səhərlər çiy yumurta yeməyə çalışıblar.
İtaliyalının sözlərinə görə, Birinci dünya müharibəsindən sonra həkimlər ona gündə bir çiy yumurta yeməyi məsləhət görüblər. O, ölənə qədər hər gün ən azı 3 yumurta yeyirmiş.
Ünsiyyət
Çox yaşamağın sirlərindən biri də sizi sevənlərlə ünsiyyətdə olmaqdır.
İndoneziya sakini Mbax Qoto neçə yaşı olduğunu bilmir. Onun dediyinə görə, yaşı 130-dan da az deyil. O, bütün ömrü boyu çox siqaret çəkən olub.
Ancaq vaxtının çoxunu dostları və doğmaları ilə birlikdə keçirib.
Alimlər də deyirlər ki, sosial əlaqələr fiziki və psixoloji sağlamlığı möhkəmləndirir.