YOLKA

Yeni il üçün evinizi belə hazırlayın – FOTOLAR

Baxış sayı: 1. 012

Yeni il üçün evinizi hələ də bəzəməmizsinizsə, bu fotolar sizə kömək edəcək. Rəngarəng yeni il dekorasiyası sizə xoş enerji bəxş etməlidir.

“Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən sizin üçün biri-birindən fərqli yeni il dekorlarını təqdim edir:

 

Yeni il üçün yolkalar

Yolka düzəltməyin bir çox yolu var. Xüsusilə ev heyvanlarını bəsləyirsinizsə, çərçivələrdən və ya LED işıqlandırmadan yolka düzəldə bilərsiniz. Bundan başqa ağac budaqlarından, çiçək qabından və ya yosundan, pilləkənlərdən və şüşələrdən də yolka düzəldə bilərsiniz.

Yolka bəzəmək

Əlbəttə ki, yeni il ağacları bayramı ən gözəl şəkildə əks etdirir. Xüsusilə bu il ağ yolka ağacları populyardır. Milad ağacınız varsa, qar spreyi ilə onu ağa çevirə bilərsiniz.

LED işıqları ilə xatirələrinizi aydınladın

LED işıqları ruhunuzu canlandıracaq. Bunun üçün yolkanıza və ya divarınıza yanıb-sönən LED işıqlarından istifadə edə bilərsiniz.

Led işıqla dekorativ bəzəklər yaradın

Led işıqları ilə yeni il dekorasiyanızı qeyri adi görünüşlərdə düzəldə bilərsiniz.

Bitkilərinizə yeni il abu-havası qatın

Şam ağacları əvəzinə evinizdəki bitkiləri bəzəyərək bir Milad atmosferi yarada bilərsiniz. Xüsusilə bu il ev bitkiləri ilə olan bəzəklərlə trenddir.

Dekorativ əşyalar və şamlar

Yeni il ruhunu mükəmməl əks etdirmək istəyirsinizsə dekorativ əşyalardan və şamdan istifadə edə bilərsiniz.

Bayram çələngi

Evinizi təzə ilə hazırlamağa qapıdan başlayın. Bunun üçün rəngli qapı dekorasyonları təşkil edin.

Yeni il dekorasiyasında hansı rənglər dəbdədir?

Qırmızı, yaşıl, ağ, qızılı və gümüşü tonlar yeni il bəzəkləri üçün ən çox istifadə olunan rənglərdir.

Bu il vəziyyət bir az fərqlidir. Bu rənglərə əlavə olaraq mavi və nanə yaşılı rəng çalarlarını da istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir