saç

Doğru saç kəsimi ilə gözəlləşin – MƏSLƏHƏTLƏR

Baxış sayı: 2. 436

Sevdiyiniz bir aktrisanın saç düzümünü bəyənib dərhal saç ustanıza “bundan istəyirəm” deyirsiz və nəticə qarşısında şok olursuz. “Yaraşmırmış demək!”  Pis, yaraşmayan bir saç kəsimi insanı 10 il yaşlandırır.

Üz quruluşuna görə sizə yaraşacaq saç kəsimlərini təqdim edirik.

Yuvarlaq üzünüz varsa, onu uzun və incə göstərmək daha düzgündür. Bu nəticəni əldə etmək üçün saçınız çənənizi keçəcək şəkildə uzun olmalıdır. Kəsimi yumşaq qatlar və sivri uclarla formaya salın. Kəskin kəsimlərdən  uzaq durun. Dalğalı qısa saçlar yuvarlaq üz xanımlara məsləhət deyil.

Kənarlı çıxıntılı üzlər.  Bu cür üzünüz varsa, demək, güclü və detallı bir çənə xəttiniz var. Uzun və düz saç stilləri bu kəskin özəllikləri yumşaldır. Kəsiminizi dalğalı, ya da dağınıq uclarla gözəlləşdirin. Qısa və sivri uclu kəsimlər də tətbiq edə bilərsiz. Yalnızca tellərinizin onu daha yumşaq göstərməsi üçün çənə cizginizə doğru bucaqlı olduğundan əmin olun.

Oval üzlər. Bu cür üzlərə demək olar ki, hər saç stili yaxşı gedir. Əgər gözləriniz çox gözəldirsə, küt və yana yatıq olan saç kəsimlərini edin. Dalğalı, ya qalın saçlarda küt kəsimlər etməyin.

Uzun üzlər incə olduğundan bu cür üzə genişlik verəcək saç kəsimi etmək lazımdır. Dalğa, ya qıvrımlar üzə bir az genişlik verir. Çox uzun və çox qısa kəsimlərdən uzaq durun. Bu cür saçlar uzun üzləri daha da uzun edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir