stress

DİQQƏT – Piylənmədən daha TƏHLÜKƏLİDİR

Baxış sayı: 1. 319

Sevdiyiniz insanlara yaxın və bağlısınızsa, deməli, daha sağlamlısınız.

Yalnızlıq çox vaxt hər kəsin öz seçimidir. Bəzən bu emosional yetkinliyə işarədir: insan başa düşür ki, heç kim onun problemlərini həll edə bilməyəcək. Əsas odur ki, özünüzü dostlarınız və ailənizin dəstəyi ilə əhatə edin. Bu, sağlamlığınız üçün vacibdir.

Amerikalı alimlər təkliyin insanı piylənmədən daha sürətli öldürə biləcəyini sübut edib. Bu nəzəriyyəni sınamaq üçün mütəxəssislər təkliyin insan sağlamlığına təsiri ilə əlaqədar 218 araşdırma aparıb. Məlum oldu ki, təklik ölüm riskini 50%, piylənmə isə 30% artırır.

Tədqiqatın aparıcı müəllifi və psixologiya professoru Culianna Holt-Lunstad digər insanlarla sosial ünsiyyətin təməl insan ehtiyacı olduğunu düşünür. Tənha insanlarda yuxu pozğunluğu və anormal immun reaksiyalar daha çox olur.

Tədqiqatçıların sözlərinə görə, təklik idrak funksiyasının azalmasına və Alzheymerə səbəb olur, nəinki depressiya. Bu, o demək deyil ki, hər insanla münasibət qurmaq lazımdır. Əsas odur ki, sosial təcriddən qaçın, dostlarınız və ailənizlə ünsiyyət qurun. Həqiqətən, sevgi, dostluq və ünsiyyət sağlamlığınızın qorunmasında son dərəcə vacib rol oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir