musiqi

Körpələrə hansı musiqilər dinlədilməlidir? – SOSİOLOQ DANIŞIR

Baxış sayı: 1. 004

“Körpənin böyüdüyü mühitdə kəskin, qıcıqlandırıcı, diksindirici, pozucu səslərin olması olduqca təhlükəlidir”. Bunu sosioloq Əhməd Qəşəmoğlu deyir. Mütəxəssis bildirir ki, ətrafdakı səslər təbiətin, kainatın nizamına uyğun bir səs olmalıdır:

ehmed qesemoglu

“Belə olduqda körpə kainata, təbiətə köklənir və onlardan güc alır. Səslərin içərisində ən təsirlisi, ən gözəli ana laylası, həqiqi, ahəngdar musiqidir. Bu musiqinin milli musiqi olması isə olduqca əhəmiyyətlidir. Çünki milli musiqi qan, gen yaddaşını oyatmaq, nizamlamaq, onun potensialını üzə çıxarmaq qüdrətinə malikdir. Körpənin olduğu otaqda sözügedən musiqilərin həzin şəkildə verilməsi, körpənin gələcəyində mühüm rol oynayır”.

Ə.Qəşəmoğlu qeyd edir ki, evdən gələn dava-dalaş səsi, bağırtılar, şit səslər, ucuz, dağıdıcı musiqilər, elektron alətlərin süni robotvari səsləri isə körpənin əsəblərini pozaraq, ciddi problemlərə səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir