tort

Tortu tavada necə hazırlamalı? – RESEPT

Baxış sayı: 935

Əgər şirniyyat sevir, ancaq onu hazırlamaq üçün vaxt tapa bilmirsinizsə, bu yazı məhz sizin üçündür, çünki bu gün sizə tez hazırlanan tort resepti ilə tanış edəcəyik. Yazını sona qədər oxumaqla tavada hazırlanan yumşaq tortun hazırlanma qaydasını öyrənə bilərsiniz.

 

Tərkibi:

Stəkan yarım un, 1 stəkan süd, 4 ədəd yumurta, 1 stəkan duru yağ, 1 çay qaşığı qabartma tozu, bir stəkan şəkər tozu, 2 xörək qaşığı 300 ml qaymaq, 200 qram krem pendir, 100 qram şəkər pudrası. Bəzək üçün badam, şokolad – zövqə görə.

 

Hazırlanması:

Qaba yumurtanı və şəkər tozunu əlavə edib çalırıq. İçərisinə duru yağ və süd əlavə edib qarışdırırıq. Unu, vanili və kakaonu töküb xəmir hazırlayırıq. Hazırladığımız xəmiri tavaya əlavə edib ağzını bağlayırıq və 3-4 dəqiqə ocaqda bişiririik. Hər listi bişirdikcə ayrı qoymaq lazımdır ki, bir-birinə bitişməsin. Sonra krem hazırlayırıq. Bunun üçün qaba krem pendiri və şəkər pudrasını əlavə edib qarışdırırıq. Digər qabda qaymağı yaxşıca çalıb pendirli qarışıma əlavə edirik və tortu hazırlayırıq. Tortun içini və kənarlarını kremlədikdən sonra üzərini bəzəyirik. Badam və şokoladla tortu bəzəyib süfrəyə veririk.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir