koronavirus

Korona haqqında hər kəsin bilməli olduğu 9 FAKT

Baxış sayı: 976

Koronavirus sözü bizi istəmədən həyəcanlandırır və gərginlik yaratmağa başlayır. COVID-19 pandemiyası insanlar arasında qorxu və təşvişə səbəb olmağa davam edir. Dünya əhalisinin daha çox qorxuya düşən hissəsi koronavirus infeksiyasını araşdırmadan, heç bir elmi məlumatlara söykənmədən onun haqqında yanlış informasiyalar yayır. Bu da yeni tip virusla bağlı bir çox miflərin meydana gəlməsinə gətirib çıxarır.

Virusoloqlar, infeksionistlər ümumi çaxnaşmanı aradan qaldırmağa və korona ilə əlaqəli ən populyar suallara cavab verməyə çalışırlar.

Bu yazıda oxucularımızı Rusiyanın Avropa Tibb Mərkəzinin təcili yardım şöbəsinin müdiri Aleksandr Dolenkonun COVID-19 haqqında açıqladığı vacib faktlarla tanış edirik:

 

Genetika mühəndislərinin yaratdığı süni virus

Yalandır. Mütəxəssislərin fikrincə, gen mühəndisliyinin hazırkı inkişaf mərhələsində virusun hər hansı təcrübi məqsədlər üçün süni şəkildə hazırlandığını asanlıqla ayırd etmək olar. Belə ki, bu tip koronavirusda alimlər süni RNT hissəciklərini müəyyənləşdirməyib. Bu, COVID-19-un təbii mənşəyə sahib olduğunu göstərir.

 

Antiseptiklər virusları öldürür

Bəli, ancaq alkoqolun yüksək konsentrasiyası olan keyfiyyətli antiseptik bunu etməyə qadirdir. ÜST bildirir ki, əllərin sabunla düzgün yuyulması (əlləri ən azı 30 saniyə yaxşıca yaxalamaq lazımdır) bu mövzuda daha təsirlidir.

 

Koronavirus fekal-oral yolla yoluxur

Yalandır. Həkim Dolenko deyir ki, koronavirusun bu şəkildə ötürülməsinə dair heç bir dəlil yoxdur. Koronavirus hava və ya təmas yolu ilə ötürülür: yoluxmuş insanın ağzından ətrafa yayılan tüpürcək və ya bəlğəm hissəcikləri ilə. Zərərli bakteriyalar əllərin dərisinə, müxtəlif səthlərə yayılır, sonra da zəncirvari reaksiya ilə dodaqların, burun və gözlərin selikli qişalarına daxil olur. Beləliklə, virus ötürülür.

 

Qrip vaksinasiyası koronavirus xəstəliyinin riskini artırır.

Yalandır. Qrip peyvəndi koronavirus riskini artırmır və bundan qorumur.

 

Koronavirus infeksiyasına yoluxan insanlar iybilmə qabiliyyətini itirir

Doğru deyil. Rus infeksionistlər bu faktı təsdiq etmirlər.

 

Antibiotiklər koronavirusdan qoruyur

Yalandır. Antibiotik qəbul etməklə koronavirusa yoluxmağın qarşısını almaq mümkün deyil. Antibakterial dərmanlar bədəndə koronavirus infeksiyasının inkişaf ehtimalına təsir etmir, bu vəziyyətdə gücsüzdür.

 

Lateks əlcəklər COVID-19-dan qoruyur

Yalandır. Birdəfəlik əlcəklər viral infeksiyadan tam müdafiəni təmin etmir, əksinə, onlarla əllərin işləmə tezliyi azalır. Bundan əlavə, bu vəziyyətdə əlcəkli insan tərəddüd etmədən əlləri ilə üzünə və selikli qişalarına toxuna bilər.

 

Lateks əlcəkləri antiseptik məhlullarla silib yenidən istifadə etmək olar

Olmaz! Alkoqol lateksin maneə funksiyasını azaldır. Odur ki, lateks əlcəkləri antiseptiklərlə silmək faydasızdır.

 

İonlaşdırıcı şüalar koronavirusu məhv edir

Yalandır. Koronavirus və digər infeksiyalara qarşı mübarizədə ionlaşdırıcıların effektivliyini təsdiq edən elmi fakt yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir