“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza toyuq bozartmasının hazırlanma qaydasından bəhs edəcəyik.
İnqrediyentlər
1 kq toyuq
600 qr. kartof
100 qr. yağ
4 ədəd baş soğan
Yarım dəstə keşniş
Yarım dəstə şüyüd
4 st. toyuq bulyonu
1 ç.q. duz
1 ç.q. istiot
Hazırlanma mərhələsi
Təmizlənmiş toyuq tikələrə ayrılır. Super Sun yağında bir az qızarana qədər bişirilir.
Ayrıca qazanda yarım halqa doğranmış soğan qızardılır.
Kartoflar 2 və ya 4 yerə bölünür. Qızardılmış toyuğun üzərinə əlavə olunur. Kartofun da üzərinə qızardılış soğan tökülür, sonra toyuq bulyonu əlavə olunaraq bişməyə qoyulur.
Hazır olmasına 5 dəqiqə qalmış üzərinə doğranmış göyərti səpilir.