Bir parça buzla suya sərinlik verməkdən başqa işlər də etmək olar. “Gencaile.az” saytı buz parçası ilə həyatınızı asanlaşdırmağın yollarını təqdim edir.
Paltarınıza yapışan saqqızı qoparmaq üçün buz parçası və yağ bıçağından istifadə edin. Buz parçasını saqqızın üzərinə qoyun və soyuyana kimi gözləyin. Daha sonra bıçaqla qaşıyıb atın.
Təkrar isitdiyiniz düyü yeməyini qurumaqdan qorumaq üçün içinə bir parça buz qoyun. Buz buxarlanıb düyüyə ekstra nəmlik verəcək.
Evdə əşyaların yerini dəyişdikdən sonra xalçanın üzərində qalan çökəkləri düzəltmək üçün üstünə buz parçası qoyun. Əridikdən sonra fırçalayıb yeni kimi görünməsinə nail olun.
Çətin yerdə asdığınız bitkiləri sulamaq üçün dibinə bir neçə buz parçası qoyun. Buz yavaş-yavaş əridikcə bitki nəmini alacaq.