Stresinizi azaltmaq həm özünüz, həm də körpəniz üçün faydalıdır. Əgər məhz bunun üçün çalışır, amma bacarmırsınızsa, bu yazını oxumaqla istəyinizə çata bilərsiniz. Beləliklə, valideynlərin stresə necə qalib gələ biləcəyi ilə bağlı məsləhətləri təqdim edirik.
– Dərin nəfəs alma texnikalarını tətbiq edin.
– Sizə xoş təsir edən biri ilə ünsiyyət qurun.
– Zövq aldığınız işlə məşğul olun.
– Əlavə istirahət üçün körpəniz yatdıqda siz də yatmağa çalışın.
– Ruhunuzu rahatlaşdıran musiqilər dinləyin.
– İsti vanna qəbul edin.
– Xoşladığınız sakitləşdirici qoxuları iyləyin.
– Körpənizi sinənizə sıxın. Dəri-dəriyə təmas bədəninizdə oksitosin hormonunun ifrazına kömək edəcək.
Bir şeyi xatırlamaqda çətinlik çəkirsinizsə, yuxusuzluq, həddindən artıq yorğunluq, iştahsızlıq hiss edirsinizsə və ya sevdiyiniz işlərdən zövq ala bilmirsinizsə, stresli vəziyyətiniz depressiya ilə nəticələnə bilər.
İnsan məhz çətin anlarda ailə dəyərlərinin vacibliyini anlayır. Bu səbəbdən epidemiya vaxtı yaranan həyəcan və stresin azaldılması, əmizdirən anaya mənfi təsir göstərməməsi üçün ailə üzvlərinin anaya qarşı diqqətli olması şərtdir. Anaya qayğı göstərmək, onun doğuşsonrası və körpə ilə bağlı qayğılarının bir qismini öz üzərinə götürməklə onun yükünün azalmasına nail olmaq və ailədə əmin-amanlığı təmin etmək olar.