avtomobil

Ən uğurlu avtomobil brendləri

Baxış sayı: 1. 460
Ticarət markası uğurlu marketinqin ən mühüm komponentlərindən biridir. Demək olar ki, hər gün alış-veriş edərkən biz müəyyən məhsullara ona üstünlük veririk ki, onların brendi digərlərindən daha populyardır və daha çox tanınırBu qayda çox zaman avtomobil dünyasında da özünü büruzə verir. Bu yaxınlarda Interbrand beynəlxalq konsaltinq qrupu “BusinessWeek” jurnalının dəstəyi ilə yüz ən uğurlu ticarət markasının (brendin) siyahısını təqdim edib. Siyahını tərtib edərkən qrupun analitikləri müəssisənin 2012-ci ildəki gəlirləri, məhsulun alınmasında onun bu və ya digər brendə məxsus olmasının rolu, habelə istehlakçıların bu və ya digər ticarət markasına aid məhsulu gələcəkdə də almaq niyyətləri kimi göstəriciləri nəzərə alıblar. Qeyd edək ki, bu siyahıya avtomobil istehsalı sənayesinə birbaşa aidiyyəti olan kifayət qədər şirkətlər daxildir. Hansı istehsalçıların siyahının zirvəsində qərarlaşdıqlarını aşağıda diqqətinizə çatdırırıq.Toyota, BMW və Mercedes-Benz siyahının şəksiz liderləridir. Toyota birinci yerdə qərarlaşsa da (brendin dəyəri 30 milyard 280 milyon dollar təşkil edir), birinci üçlükdə ən intensiv artımı Bavariya brendi nümayiş etdirir. Buna görə də yaxın gələcəkdə BMW-nin yaponları üstələyəcəyini gözləmək olar.Dördüncü pillədə Honda qərarlaşıb. Bu ticarət markasının dəyəri 17 milyard 280 milyon dollar məbləğində qiymətləndirilir. Lakin nəzərə almaq lazımdır ki, Honda avtomobillərlə yanaşı, motosikletlər, katerlər (və digər su nəqliyyatı növləri), şəxsi istifadə üçün nəzərdə tutulan təyyarələr və hətta otçalan maşınlar üçün motorlar da buraxır. Məhsullarının zəngin çeşidinə baxmayaraq, ötən illə müqayisədə bu yapon brendinin dəyəri 17 faiz aşağı düşüb.

Avtomobil brendlərinin reytinqində beşinci yeri Volkswagen tutur. Bu alman markasının dəyəri 10 milyard dollara yaxındır və artmaqda davam edir. Reytinq siyahısında şirkətin çoxsaylı törəmə müəssisələri nəzərə alınmayıb, əks halda Volkswagen siyahının başında durardı.

Amerikanın Ford konserni siyahıda 45-ci yeri tutub. Onun dəyəri 8 milyard dollar təşkil edir. Son illər bu göstərici sürətlə olmasa da, ardıcıl olaraq yüksəlməkdə davam edir.

Avtomobil brendləri arasında yeddinci yerdə Koreyanın Hyundai şirkəti qərarlaşıb. Bu marka gəlirlərinin son dərəcə sürətlə artması ilə öyünə bilər. Ötən illə müqayisədə brendin dəyəri 24 faiz yüksəlib və indi 7 milyard dollardır (bu göstəriciyə görə, Hyundai Audi-ni 0,2 milyard dollar üstələyir).

Yerqazan nəqliyyat vasitələrinin və dizel mühərriklərinin iri istehsalçısı olan Caterpillar (CAT) bu sahədə populyar brend olaraq qalır. CAT brendinin dəyəri 6,2 dollar təşkil edir.
Porsche və Nissan markaları reytinqdə yanaşı mövqe tutublar. Alman avtomobil istehsalçısı kiçik üstünlüklə (150 milyon məbləğində fərqlə) rəqibini üstələsə də, gələn il Nissan-ın rəqibini haqlamaq və ötüb keçmək üçün hər cür şansı var.

Daha bir avtomobil brendi Kia öz tarixi ərzində ilk dəfə yüzlüyə düşüb. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu Cənubi Koreya brendinin dəyəri 4 milyard dollardan bir az çoxdur.

Harley Davidson markası zaman keçdikcə “şose motosikleti” kimi tanınıb. Bu gün bu əfsanəvi baykların istehsalçısının brendi 3,8 milyard dollar dəyərində qiymətləndirilir.

Reytinqi bütün dünyada məşhur olan Ferrari tamamlayır. O, ümumi siyahının 99-cu pilləsində qərarlaşıb. Bu ticarət markasının dəyərində beş faizlik artım sayəsində indi onun dəyəri 3,7 milyard dollar təşkil edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir