orucluq

Ramazan ayında orqanizmi tox saxlayan qidalar

Baxış sayı: 1. 484

Oruc tutanlar aclığa tab gətirmək üçün nisbətən daha çox kalorisi olan qidalar axtarır. Əksəriyyət ənənəvi olaraq, yağlı ət və xəmir yeməklərinə üstünlük verir.

Beləliklə, sizə Ramazan ayında daha çox tox saxlayan bir sıra qidaları təqdim edirik:

Aclığı unutmaq, sinir sistemlərini güclü idarə etmək üçün gündəlik 2-3 ədəd qoz yemək lazımdır. Qatıq qarnın yağ itirmə prosesini daha da sürətləndirir və orqanizmi tox saxlayır.

Yulaf əzməsi aclığın qarşısını alır və qan şəkərinin enməsinə mane olur. Tərkibindəki B vitamini stressi azaldır və yaddaşı da gücləndirir.

Yumurta ana südündən sonra orqanizmdə ən yaxşı protein qaynağıdır. İmsakda bir ədəd yumurta yemək bədən üçün lazım olan proteinin böyük bir hissəsini qazandırır və toxluq hissini artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir