“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu dəfə oxucularımıza qaymaq sousunda kartoflu göbələyin reseptini təqdim edirik:
İnqrediyentlər:
Kartof 8 ədəd
Göbələk 400 qram
Sarımsaq – 4 diş
Bir dəstə cəfəri
Bitki yağı – 5 xörək qaşığı
Zövqə görə duz, qara istiot
300 ml. yağlı qaymaq
Hazırlanması:
Sobanı 200 dərəcəyədək qızdırın.
Kartofun qabığını təmizləyin, yuyun, nazik halqa formasında dilimləyin. Suda çox yuyun ki, nişastası getsin.
Bu müddətdə göbələyi doğrayın.
Yağı qızdırın və kartofları tavada qızardın. Duz, istiot əlavə etməyi unutmayın. Qaymağı, sarımsağı əlavə edin, elə edin ki, qaymaq kartofun üzərini örtsün.
Digər tavada eyni formada doğranmış göbələyi qızardın.
Cəfərini xırda doğrayın.
Kartofla göbələyi qarışdırın, üzərinə cəfəri əlavə edib sobada 20-30 dəqiqə bişirin.
Məsudə Sultan