IfTAR

Təhlükəsiz və sağlam qalmaq üçün RAMAZAN TÖVSİYƏLƏRİ

Baxış sayı: 757

Ramazanda bazarlıq edərkən təhlükəsiz və sağlam qalmaq üçün gigiyena qaydalarına əməl edin. Digərləri ilə aranızda ən azı 1 metr məsafə saxlayın.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının Ramazan ayı ilə bağlı tövsiyələrində bildirilir. ÜST bunları tövsiyə edir:

Mümkündürsə, alış-veriş arabasının və ya səbətinin tutacaqlarını dezinfeksiya edin.

Gözlərinizə, ağzınıza, burnunuza və ya şəxsi əşyalarınıza toxunmaqdan çəkinin.

Evə gəldiyiniz zaman, həmçinin aldığınız məhsullara toxunduqdan və onları yerləşdirdikdən sonra əllərinizi yaxşıca yuyun.

Sağlam və balanslaşdırılmış qidalanmağa çalışın.

Qida təhlükəsizliyi qaydalarına riayət edin.

Sevdiklərinizlə virtual əlaqə saxlayın.

Aktiv olun.

Yaxşı yatın.

Ramazan ayı boyunca təhlükəsiz və sağlam qalmaq üçün:

Qeyri-sağlam və yüksək şəkər tərkibli qidalar qəbul etməyin.

İnsanların sıx toplaşdığı məkanlardan uzaq durun.

Siqaretdən uzaq durun.

Fiziki passivlikdən uzaq olun.

Fiziki məsafə sosial münasibətlərin kəsilməsi demək deyil.

Bu Ramazanda telefon və ya video zənglərlə ailə üzvlərinizlə və yaxınlarınızla virtual əlaqə saxlayın.

Ailə üzvlərinizlə, xüsusilə yaşlılarla tez-tez əlaqə saxlayın, çünki onlar sosial izolyasiya səbəbindən məyus və əsəbi ola bilərlər.

Virtual şəkildə iftarı birlikdə keçirərək uşaqların, nənə və babaların və digər ailə üzvlərinin əhvalını yüksək tutun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir