Koronavirus

Söhbət zamanı koronavirusa yoluxa bilərkmi? – ARAŞDIRMA

Baxış sayı: 1. 133

Söhbət zamanı COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 virusu ötürülə bilər. Bu vəziyyətdə, həmsöhbətin yüksəkdən danışması virusun sürətinə təsir göstərir.

Bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında çap olunan yeni araşdırmada qeyd edilir.

ABŞ-dakı Milli Səhiyyə İnstitutunun mütəxəssisləri, söhbət əsnasında ağız boşluğunda damla şəklində toplanan mayenin meydana gəldiyini müəyyənləşdiriblər.

Bir dəqiqəlik yüksək səsli söhbət zamanı ətrafa 1000-ə yaxın virus tərkibli damcı çıxır.

Bu damcılar havada 8-14 dəqiqəyə yaxın qala bilərlər.

Bunu bilmək üçün elm adamları yüksək dəqiqlikli lazerdən istifadə edərək damcıları görüntüləmək üsulundan istifadə ediblər.

Bir neçə nəfəri seçiblər və onlardan müəyyən ifadələrin təkrar olunmasını istəyiblər, sonra alətlərdən istifadə edərək qarşılarndakı boşluğu işıqlandırıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir