avtobus

Avtobuslar koronavirusa belə yoluxdurur – Bunu etsəniz, 97% qorunacaqsız

Baxış sayı: 841

İctimai nəqliyyatın keçidi əsnasında yaranan hava axını dayanacaqlarda gözləyənlərə koronavirusa yoluxma riski yarada bilər. Bunu Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.

Hər il 2,5 milyon uşaq bu səbəbdən ölə bilər - Koronavirusdan DAHA ...

“İnsanın ağzından nəfəs, danışma, öskürək və ya asqırıq yolu ilə çıxan damlaların 1,5 metr məsafəyə yayıldığını düşünərək sosial məsafəni 1,5 metr müəyyən etmişik. Kondisioner faktorunda bu məsafə 3-4 metrə qədər uzana bilir. Nəzəri cəhətdən avtobusların keçidi əsnasında da bu hal yaşana bilər. Lakin nəzərə almaq lazımdır ki, həmin şəraitdə virus daşıyan şəxs və ya şəxslərin olması, hətta öskürüb, asqırması lazımdır”, – professor deyib.

M.Ceyhan qeyd edib ki, maska və sosial məsafə qaydalarına əməl etmək ayrı-ayrılıqda virusdan 82% qoruyur. Onlar birlikdə isə 97% təhlükəsizliyi təmin edir.