icki

İsti havada alkoqol qəbul edənləri gözləyən TƏHLÜKƏ

Baxış sayı: 932

Rusiyalı psixiatr-narkoloq Aleksey Kazantsev isti havada spirtli içki qəbul etməyin zərərlərindən danışıb.

Mütəxəssis isti havada hətta kiçik dozada alkoqol qəbulundan intoksikasiyanın tez baş verdiyini deyib.

“İsti havalarda sərxoş vəziyyətdə olan bir şəxs sərinləməyə çalışır, dərinliklərini bilmədən bulaqlara, müxtəlif su obyektlərinə üz tutur, gücünü hesablamır”.

Narkoloq isti havada spirtdən imtina etməyi və ya qazsız az alkoqollu içkilər seçməyi tövsiyə edib. Spirtli içki qəbul edərkən dam örtüyü və ya kölgə altında olmaq məsləhət görülür.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı spirtlə bağırsaq, süd vəzi, mədəaltı vəzi, qaraciyər, boğaz və ağız boşluğunun xərçəngi də daxil olmaqla müxtəlif onkoloji xəstəliklər arasında əlaqənin olduğunu bildirib. Spirtli içkilərdəki əsas kanserogen, hüceyrələrə zərər verən və zərərli çevrilmə riskini artıran etanoldur. Həm də qadınlarda süd vəzi xərçənginin inkişaf riskini artırır. Alkoqol və tütünün birləşməsi isə zərərli olma ehtimalını daha da artırır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir