0_b1d2b_481a5112_XL

Jurnalistlər hansı həmkarlarını Şaxta Baba və Qar qız kimi görürlər? – BİZİM SORĞU

Baxış sayı: 2. 500

Yeni ilin ənənəvi qəhrəmanları var axı. Şaxta Baba ilə Qar Qız. Onun uzaq Laplandiyadan filandan gəldiyinə indi heç balacalar da inanmır. Bilirlər ki, onlar elə öz içimizdədirlər. Küçələr doludur Şaxta Baba və Qar qızla.

Biz də elə öz içimizdə Şaxta Baba və Qar Qız axtarmışıq. “Jurnalistlər arasında kimləri Şaxta baba və Qar qız roluna uyğun görürsünüz?” sualını elə jurnalistlərə vermişik. Maraqlı cavablar var, buyurun, oxuyun:

Sənan Şəfizadə, ATV-nin idman şərhçisi:

–  Şaxta Baba kimi həmkarlarımı təsəvvür etmək çətindir. Fikrimcə, Şaxta Baba kimi həmkarım, ATV-nin xəbərin aparıcısı Ceyhun Səfərov pis görünməz. İstedadlı insandır. Qar qızına gəldikdə ATV-dəki həmkarım Samirə Mustafayevadan gözəl qar qızı olar.

İsa Şükürov, ATV-nin “Bakı vaxtı ilə” verillişinin redaktoru:

– Qar qız  olaraq teleməkanın ən gözəl xanım aparıcılarından olan Elnarə Təhməzovanı görürəm. Bu rolun öhdəsindən o məharətlə gələr. Şaxta baba obrazında isə… kimi gəldi görə bilərəm. Fərq etmir.

Vüsal Məmmədov, “azvision.az” saytının baş redaktoru:

– Şaxta baba “milli.az” xəbər portalının əməkdaşı Elçin Alıoğludur. Qar qız isə “qafqazinfo”dan Günel Əbilova.

Rəşad Ergün, “Komanda.az” saytının baş redaktoru:

– Şaxta Baba obrazına tam uyğun gələn adam “sportal.az” saytının baş redaktoru Şahin Oğuzdu. Uzun illərdi mətbuatdadı, əsl babadı. Qar qız kimi isə uzun zaman idman mətbuatında çalışmış Kəmalə İsmayılovanı deyə bilərəm.

Amal Abuşov, “Futbol +” qəzetinin əməkdaşı:

– Şaxta baba Elbrus Ərud. Qar qız “sportnet.az”-dan Röya Kərimli.

Rahim Əliyev, Media Təqib Mərkəzinin direktor müavini:

– Millətimə yad olan bir bayramı qeyd etmirəm. Millətimin igid və qeyrətli nümayəndələri arasında belə bir bayramın simvollarına layiq şəxs görmürəm. Dədə Qorqud hara, Şaxta Baba hara?

Vüsalə Məmmədova, “Lent.az”ın əməkdaşı:

– Şaxta baba da, qar qız da kimdi, jurnalistlər hamısı yaxşı tanıyır. Yəni o adam ki, görünmür, görünmür, bayram-zad olanda çıxır ortaya.

Eyvaz Qocayev, “sumqayitxeber.com” saytının baş redaktoru:

– Şaxta Baba kimi Yaşar İsaqov, Qar Qız kimi isə İradə İsaqı görürəm.

Rəhman Rəsulov, Lider TV-nin aparıcısı:

– Qar qız ANS TV-den Elnarə Təhməzovanı, Şaxta Baba kimi isə özüm. Səmimi sözümdür, obrazları yaraşdırıram.

Zaur Xudiyev, “derbi.az” saytının redaktoru:

– Şaxta Baba roluna “komanda.az” saytının köşə yazarı Rəşad Müseybzadə uyğun gəlir. Qar qız ha fikirləşirəm, tapa bilmirəm.

Hacıbəy Heydərli, “azxeber.com” saytının baş redaktoru:

– Şaxta Baba kimi Elçin Əlibəyli, Qar Qız Samirə Mustafayeva.

Günay Arda, yazar:

– Qar qız yoxdur,  çoxu qara qızlardır. Şaxta baba olmağa ən yaxşı namizəd APA-dan Mahir Məmmədlidir. Ancaq gərək bir az da qocalsın.

Rahil Sayadoğlu, ANS TV-nin aparıcısı:

– Maraqlı sorğudur. Məncə “azxeber.com” saytının jurnalisti Hacıbəy Heydərlidən yaxşı Şaxta Baba çıxar. Qar qız rolunda isə “ölkə.az” saytının müxbir-redaktoru Zümrüd Cavadovanı görürəm.

Axtardılar: Vüsal, Səbinə, Tural




1 şərh “Jurnalistlər hansı həmkarlarını Şaxta Baba və Qar qız kimi görürlər? – BİZİM SORĞU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir