usaq

Uşağı evdəki qəzalardan necə qorumalı?

Baxış sayı: 878

Körpəniz hərəkət etməyə başladığı andan içindəki maraq duyğusu ilə evdəki əşyaları qarışdırmağa başlayır. Onu baş verə biləcək ev qəzalarından qorumaq üçün bəzi şeylərə diqqətlə yanaşmalısınız.

Beləliklə, xarici KİV-ə istinadən uşaqlarınızı qorumaq üçün almalı olduğunuz tədbirləri təqdim edirik:

1) Elektrik yuvalarını mağazalarından ala biləcəyiniz xüsusi qoruyucularla örtün.

2) Yuyucu, ağardıcı, ləkə təmizləyici və digər kimyəvi maddələr olan təmizləyici məhsulları körpənizin əli çatmayan uzaq bir yerə qoyun.

3) Yanğının qarşısını almaq üçün kibrit və alışqan kimi vaistələri əl altında qoymayın.

4) İstifadə etdiyiniz tibbi məhsulları və dərmanları daima bağlı dolablarda saxlayın.

5) Elektrik yuvalarında olduğu kimi, pəncərələrə və eyvan qapılarına uşaqların təhlükəsizliyi üçün kilidlər quraşdırın.

6) Çıxa biləcəyi stul, stol və ya mebellərin üstündən, soba kimi isti və təhlükəli yerlərdən uzaq tutun.

7) Soyuducu, soba və mətbəx dolabları kimi təhlükəli əşyaların qapısına kilidlər qoyun.

8) Yemək yedikləri hündür masada olarkən təhlükəsizlik kəmərini bağlayın.

9) Oyuncaqlarının ağzına girə bilməyəcək qədər böyük olduğundan əmin olun.

10) Yuxuda olarkən yatağından yıxılma riskinin qarşısını almaq üçün çarpayısının yan tərəflərinə baryerlər qoyun.

11)Hamamda olarkən onu tək qoymayın.

12) Jalüz pərdələrinizin iplərini uşağınızın əli çatmayacaq şəkildə bağlayın.

13) Evinizdə pilləkən varsa, kilidli bir qapı ilə ona çıxmasının qarşısını almağa çalışın.

 

Bütün bu tədbirləri gördükdən sonra da ev qəzaları ilə qarşılaşa bilərsiniz. Əvvəlcədən alacağınız tədbirlərin köməkliyi ilə erkən müdaxilə etmə şansınız olacaq.

 

Panik etməyin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir