Bizim Şaxta Baba kimi tanıdığımız obrazı dünyanın bütün ölkələrində heç də bu cür adlandırmırlar. Bu babanın müxtəlif ölkələrdə fərqli adları var: Sant Nikolas, Noel baba, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, müqəddəs ata Kristmas bunlardan bəziləridir.
Yeni il bayramını körpələrin bəlkə də öz doğma babalarından belə çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil.
Bu kişiyə maraq dünyanın hər yerində yüksəkdir. Maraqlı olacağını nəzərə alıb, onun müxtəlif ölkələrdə necə adlandırıldığını diqqətinizə çatdırırıq:
Ölkə | Ad |
Azərbaycan | Şaxta Baba |
Rusiya və Ukrayna | Ded Moroz |
Gürcüstan | Tovlis Papa |
Almaniya | Vaynaxtsmann |
Albaniya | Babadimpi |
Bolqarıstan | Dyadyo Koleda |
Böyük Britaniya | Faze Kristmas |
Yunanıstan | Aqios Vasilis |
Danimarka | Yulemanden |
İspaniya | Papa Noel |
İtaliya | Babbo Natale |
Makedoniya Respublikası | Dedo Mraz |
Norveç | Yulebukk |
Polşa | Svetiy Mikolay |
Niderland | Kerstman |
Portuqaliya | Pay Natal |
Slovakiya | Yejişek |
Sloveniya | Dedek Mraz |
Türkiyə | Noel baba |
Rumıniya | Moş Krakiun |
Finlandiya | Youlupukki |
Fransa | Per Noel |
Çexiya | Mikulaş |
Macarıstan | Mikulás |
Serbiya, Monteneqro, Bosniya və Herseqovina | Deda Mraz |
İsveç | Yultomten |
İndoneziya | Sinterklas |
İran | Baba Noel |
ABŞ və Kanada | Santa Klaus |
Braziliya | Papay Noel |
Çili | Viejito Paskuero |
Afrika ölkələri | Papa Noyol |
İraq | Goosaleh |
Əfqanıstan | Baba Çakalo |
Estoniya | Jouluvana |
Litva | Kaledu Snelis |
Özbəkistan | Ayoz Bobo |
Ermənistan | Marelik papi |