Balqabaq qızartmasi

Balqabaq qızartması necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 344

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə balqabaq qızartmasının hazırlama qaydasından bəhs edəcəyik.

 

İnqrediyentlər

100 qram yağ

1 ədəd yumurta

1 stəkan un

500 qram balqabaq

1 diş sarımsaq

500 qram qatıq

zövqə görə duz

 

Hazırlanma mərhələsi

Sarımsağın qabığı soyulur, yuyulur. Qatıq bir kasa tökülür, əzilmiş sarımsaq əlavə olunur və qarışdırılır. Balqabağın qabığı soyulur, içi təmizlənir, bir barmaq qalınlığında iri dilimlərə ayrılır. Yumurta bir qaba çırpılır. Un da bir boşqaba tökülür. Yağ əridilir. Balqabaq dilimləri yumurta və una batırılır. Əridilmiş yağda qızardılır. Artıq yağı kağız saleftlə alınır, üzərinə duz səpilir və qatıqlı sous ilə birlikdə servis edilir.

 

Tehranə Əskərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir