maska

Yağışda islanan maska virusdan qoruma xüsusiyyətini itirə bilərmi?

Baxış sayı: 791

Qış dövrünün gəlməsi ilə maska taxılmasına görə, bəzi suallar da gündəm olmağa başlayır. Yağışlı, qarlı havalarda nəmlənən tibbi maskaların virusdan qoruyub qorumayacağı da bunlardan biridir.

“Gencaile.az” Türkiyə KİV-nə istinadən məlumat verir ki, Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Professor Mehmet Ceyhan bu barədə önəmli açıqlamalar verib:

– “Maskalar müəyyən mikroskopik deşikləri olan bir quruluşdur. Maska islanırsa, bu mikroskopik deşiklər böyüyür, bəzi yerlərdə iplər bir-birinə yapışır” .

Nəfəs aldığımız zaman maskanın nəmləndiyini deyən professor Mehmet Ceyhan bunları da deyib:

Yağış və ya nəm səbəbiylə maskalar xaricdən islanırsa, öz xüsusiyyətlərini itirirlər. Ancaq bu hal parçadan hazırlanan maskalarda meydana gəlsə, qurudulub yenidən istifadə edilə bilər. Lakin cərrahi maskalardan istifadə edilməməlidir “.

Professor qeyd edib ki, maskalar, müəyyən mikroskopik deşikləri olan quruluşlardır. Maska islanırsa, bu mikroskopik dəliklər böyüyür və bu da damcıların oradan girməsinə imkan yaradır:

“Hər halda, bu maskalar virusun keçiriciliyini azaldacaq və daxil olmasının qarşısını alacaq bir quruluşda deyil. Çünki viruslar bu dəliklərdən qat-qat kiçikdir. Ancaq virus ağızdan tək hava ilə deyil, damcı şəklində çıxdığından bu maskalar damcıları tuta bilər. Yağışdan islandıqda isə bu xüsusiyyətini itirir. Buna görə də maskanı islatmamağa çalışmaq lazımdır”.

Standart cərrahi maskaların maksimum istifadə müddətinin 4 saat olduğunu qeyd edən Mehmet Ceyhan bunları da söyləyib:

Əgər insan maskanı islatmadan düzgün saxlaya bilirsə, məsələn əllə toxunmayacaq bir yerə və ya plastik bir torbaya qoyarsa, 4 saat daha istifadə edə bilər. Səhər geyindiyiniz maska islanmadığı müddətdə, axşama qədər insanı idarə edə bilər, amma ertəsi gün bu maskalardan istifadə etməməlisiniz. Parçadan maskaları da yuyub sonra qurudub bu şəkildə istifadə edə bilərsiniz. Bizim həkimlərin istifadə etdiyi N-95 maskaları da var. Bu maskaları axşam ultrabənövşəyi şüalar altında saxlayaraq 5 günə qədər istifadə edə bilərik. Ancaq vətəndaşların belə bir fürsəti olmadığından uzun müddət istifadə edə bilməzlər. İnsanların normal istifadə etdiyi maskaların 1 günlük olduğunu unutmamalıdırlar” .




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir