GUL KELEMI

Gül kələmi qızartmasın; belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 801

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə Gül kələmi qızartmasının hazırlanmasından bəhs edəcəyik.

 

İnqrediyentlər

1ədəd orta ölçülü gül kələmi

5 stəkan qaynar su

1 ç.q. un

 

QIZARTMA İÇLİYİ ÜÇÜN:

1 st süd

2 ədəd yumurta

1 ç.q.duz

4 ç.q. un

 

QIZARTMAQ ÜÇÜN:

150 qr yağ

 

Hazırlanma mərhələsi

Təmizlənmiş və sərt kök hissəsi kəsilmiş gül kələmi hissələrə ayrılır. Gül kələminin qoxusunu aradan qaldırmaq üçün o 6-8 dəqiqə unlu qaynar suda qaynadılır. Qaynayan gül kələminin suyu süzülür və geniş servis boşqabına qoyulur. Qızartmaq üçün içlik hazırlanır. Bunun üçün qaba yumurta, süd, un və duz əlavə olunur, qarışdırılır. Tam hamar maye məhlul alınır. Yağ geniş tavada əridilir. Gül kələmlər bütünlüklə içliyə batırılır və qaynar yağda qızılı rəng alana qədər qızardılır. Artıq yağını çəkməsi üçün kağız salfetin üzərinə qoyulur. Servis edərkən yanında qatıq vermək olar.

 

Tehranə Əskərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir