d vitamini

D vitamini zəhərlənməsi: Vitamin artıqlığı nələrə səbəb olur?

Baxış sayı: 870

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki, D vitaminin əskikliyi kimi artıqlığı da problemlər yaradır. Bu, hətta toksiki zəhərlənmələrə yol açır.

“Gencaile.az” saytı  Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı xəbərdarlıq edən, tibb elmləri doktoru, professor Onur Yaprak deyib ki, nəzarətsiz olaraq qəbul olunan D vitamininin zəhərlənməsi əvvəlcə baş ağrısı, ürək bulanması, qusma, ağızda quruluq, qəbizlik, şüurun itməsi, narahatlıq, əsəbilik, əzələ zəifliyi, daha sora isə hətta ürək-damr xəstəlikləri – atereoskleroz (damar sərləşməsi), ritm pozğunluqları, yüksək qan təzyiqi, böyrək daşları kimi şikayətlərə səbəb olur. Bu zaman hətta pankreatit (mədəaltı vəzin iltihabı) kimi ağır xəstəlik, sümüklərdə ağrı və qırılma meyli də inkişaf edə bilər.

Qeyd olunub ki, bir çox insan yüksək dozada D vitamini əlavələri qəbul edir və bunun yan təsirləri nisbətən aşağıdır. Bununla yanaşı, əlavə kimi və ya qidalarda uzun zaman yüksək miqdarda D vitamininin qəbulu mənfi yan təsirlərə səbəb ola bilər. D vitamininin toksikliyi, yan təsirlərin yaranması əsasən qanda kalsiumun artması ilə əlaqədardır.

D vitamini, A, D, E və K vitaminlərini ifraz edən, yağda həll olunan vitaminlər ailəsinə aiddir. Bu vitaminlər yağla yaxşı mənimsənilir və qaraciyərdə və yağ toxumalarında saxlanılır. Bir çox vitaminlərdən fərqli olaraq, D vitamini adlandırılan “Xolekalsiferol” əslində bir hormondur və Günəş şüaları sayəsində dərimizdəki xolesteroldan istehsal olunur.

D vitamininin əsas funksiyaları arasında kalsium, maqnezium və fosfatın udulması və tənzimlənməsi, sümüklərin sərtləşməsi, hüceyrələrin böyüməsi və fərqlənməsi, immun, sinir və əzələ funksiyasının təmin edilməsi də var.

Əsas vəzifəsi sümüklərin gücünü qorumaq olsa da, son illərdə immun sistemi ilə bağlı xəstəliklərdə, bəzi xərçəng xəstələrində D vitamini səviyyəsinin yetərsiz olduğu üzə çıxıb və və bir çox xəstəliklə D vitamini çatışmazlığı arasında bir əlaqə aşkar edilib.

Gündəlik D vitamini ehtiyacının yalnız 10-20 faizə qədəri qida ilə qəbul edilir. Qalan 80-90 faizi Günəş işığına məruz qalmaqla sintez olunur. Yaz aylarında günorta saatlarında D vitamini sintezi həftədə 3-4 dəfə 15-20 dəqiqə Günəş vannası qəbul etməklə təxminən 10.000-20.000 vahid səviyyəsində baş verir.

Süd məhsulları, balıq yağları və yağlı balıqlar (qızıl balıq, skumbriya, ton balığı, sardalya), yumurta sarısı, kərə yağı, qaraciyər D vitamini ilə zəngin qidalardır.

D vitamini səviyyəsi qanda ölçülür, ideal olaraq 30-50 ng/ml-nin (nanoqram-millilitr) D vitamini səviyyəsinin kifayət olduğunu düşünülür. 50 ng/ml-dən yuxarı halda bəzi narahatlıqlar hiss olunmağa başlasa da, D vitamini toksikliyi qan səviyyəsində 200 ng/ml-dən yuxarı qalxdıqda başlayır.

Bədəndə zəhərlənməyə səbəb olan D vitamini səviyyəsinin artması yalnız qida və ya Günəşə məruz qalma yolu ilə baş vermir.

Belə yüksək səviyyələr gündə ən az 10.000 vahid D vitamini qəbul edən insanlarda inkişaf edir. D vitamini toksikliyi bədəndəki D vitamini səviyyəsinin zərər verəcək qədər yüksək olması deməkdir. Buna “hipervitaminoz D” də deyilir. Əlavə kimi ideal D vitamini qəbulu gündə 500-2000 vahid olmalıdır, D vitamini qəbulunun dözülə bilən yuxarı həddi gündə 4000 vahiddir.

D vitamini toksikliyi ilə əlaqəli əsas yan təsirlərin əksəriyyəti qanda kalsiumun artması ilə əlaqədardır. Bu yan təsirlər əvvəlcə baş ağrısı, ürək bulanması, qusma, ağızda quruluq, qəbizlik, qarışıqlıq, narahatlıq, əsəb, əzələ zəifliyi və daha da xroniki toksiklik, arterioskleroz, yüksək qan təzyiqi və ritm pozğunluqları kimi ürək-damar sistemi xəstəliklərinə, böyrək daşlarına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir