Tərkibi
300 qr taxta peçenye
125 qr qovurulmuş qoz
125 qr qovurulmuş fındıq
100 qr kərə yağı
1 banka qatılaşdırılmış süd
2 ədəd piletka qara şokolad
Hazırlanması
Peçenye və qovurulmuş qoz fındığı ət maşınından keçirik. Onun üzərinə qatılaşdırılmış süd və buxarda əridilmiş yağı əlavə edib qarışdırırıq. Hazır qarışımı bir qaba yayıb soyuducuya qoyuruq. Sonra onlar doğranıb buxarda əridilən şokolada batırılır və üzərinə doğranmış püstə tökülür. Yenidən soyuducuda bir qədər gözlətdiririk.
Nuş olsun!