Koronavirus

Koronavirusdan ölüm riskini artıran ən təhlükəli amillər

Baxış sayı: 738

Koronavirusdan ölüm riskini artıran və xəstəliyin gedişatını pisləşdirən ən təhlükəli amillər artıq çəki və şəkərli diabetdir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Valeri Beznosenko məlumat verib.

“Bu xəstəlikləri olanlar maksimum risk səviyyəsindədir, ardınca isə ürək-damar xəstəlikləri gəlir. Ölüm riskini artıran digər amillər hələ yaxşı öyrənilməyib”- mütəxəssis qeyd edib.

Rusiyanın əməkdar həkimi terapevt Aleksandr Karabinenko isə əlavə edib ki, xroniki xəstəliklərə gəldikdə, burada hər şey onların mərhələsindən asılıdır. Həkim alkoqolizmdən əziyyət çəkən insanlarda CoViD-19 fonunda qaraciyər və ürək xəstəliklərinin ağırlaşa biləcəyini xatırladıb. Bu cür xəstələrdə immun müdafiə zəifdir, əlavə olaraq virus ümumilikdə daxili orqanlara mənfi təsir göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir