metbex

Mətbəxi həyat tərzinə çevirənlərə 15 tövsiyə

Baxış sayı: 955

Mətbəxdə vaxt keçirməyi sevirsiniz? Xəyalınıza mətbəxdə musiqi sədaları altında yemək bişirərkən əyləndiyinizi gətirsəniz də, gözlərinizi yandıran soğan, ətrafa sıçrayan yağ sizi xəyallarınızdan oyandırır? Ancaq bizim verdiyimiz məsləhətlərlə mətbəxdən küsməyəcəksiz. Elə isə geyinin önlükləri? mətbəxə gedirik!

1. Soğanı soymadan öncə 15-20 dəqiqə soyuducuda gözlətsəniz, soğan soymaq dramatik bir hadisəyə çevrilməz və gözləriniz yaşarmaz.

2. İtkiyə yol verməmək üçün zəncəfili qaşıqla soya bilərsiniz.

3. Yumurtaları asan soymaq üçün soyuq suya biraz soda əlavə edib gözlətməlisiniz.

4. Sitrus meyvələri, pomidor, pendir və şokolad bunlar hamısı, öz dadını otaq temperaturunda daha yaxşı qoruyur.

5. Çörək torbanızın içinə kərəviz çubuğu atın, çünki çörəyinizi daha təzə saxlayacaq.

6. Şorbanız duzlu olub? Bir kartofu soyun və şorbaya atın, bu kiçik dostunuz artıq duzu özünə götürəcək.

7. Soğanları 2 dəfə daha sürətli karamelize etmək üçün soda əlavə edin. Tavadakı soğanlar bir az qəhvəyi olduqdan dərhal sonra 2 baş soğana 1/2 və ya 1 çay qaşığı soda əlavə edin. Gözlərinizin qarşısında soğanlar karamelize olacaq və yanmayacaq.

8. Qazlı suda tərəvəzlər daha tez bişir. Tərəvəz bişirmək üçün qazsız su əvəzinə qazlı su istifadə edin. Mineral suyun tərkibindəki bikarbonat tərəvəz sellülozunu parçalayır və bişirmə prosesini  sürətləndirir. Tərəvəzlərin rəngini daha parlaq saxlayır və yumşaq edir.

9. Bişirməzdən əvvəl pastanı suda saxlayın. Bir az qəribə səslənir? Ancaq belə olduqda cəmi 60 saniyəyə bişir. Bişirməzdən bir neçə saat öncə suda gözlədin. Belə olduqda çox sürətlə bişirə və ya sadəcə isti sous əlavə edərək yeyə bilərsiniz.

10. Kərə yağınızı dondurucuda saxlayın. Bişirmək üçün istifadə edərkən rəndələyin xüsusən də, xəmir yeməklərində. Rəndələdiyiniz kərə yağı unla daha rahat qarışır və tez əriyir.

11. Əllərinizdən uzun müddət getməyən yemək qoxularından xilas olmaq üçün əllərinizi limon suyu ilə ovuşdura bilərsiniz.

12. Taxta qaşıqlarınıza yeni həyat vermək üçün onları suda qaynadıb, günəş işığında quruda bilərsiniz.

13. Ləzzətlə aldığınız bananlar iki gün sonra qaralır? Onda bu hissəni diqqətlə oxuyun. Bananlar salxım halında yox tək-tək saxlananda daha gec qaralır. Unutmayın, bananları soyuducuda saxlamaq olmaz, belə olduqda dadlarını itirirlər.

14. Un, bulğur və digər bu kimi ərzaqlar mətbəximizdə böyük yerə sahibdir. Ancaq bəzən ehtiyacımız olandan çox alırıq və onları həşəratlarla bölüşməli oluruq. Amma bunun da çarəsi var, ərzaqlarınızı saxladığınız bankaların içinə 2-3 ədəd dəfnə yarpağı qoyun.

15. Bəs yağ sıçramasıdan necə qurtulaq? Əvvəla istifadə etdiyiniz tavanın dayaz və nazik olmamasına diqqət edin. Yağa atdığınız inqrediyentlər yaş olmamalıdır. Onları bir salfetin üstündə suları çəkilənədək gözlədə bilərsiniz. Sonda isə yağın miqdarının az olmamasıa diqqət edin.

Bu məsləhətlərimizin sadəcə bir hissəsidir. Biz hələ çox şey bilirik… Sizinlə bölüşməyəcəyik? Əlbəttə bölüşəcəyik, amma bunun üçün növbəti yazımızı gözləyin.

(“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir