aile

Modernləşmə və qloballaşma prosesində ailə özəlində olması gərəkənlər

Baxış sayı: 1. 185

Modernləşmə və qloballaşma prosesində ailə özəlində olması gərəkənlər

Biz, demokratiya və qloballaşma çağında, dünyanın kiçik bir kənd halına gəldiyi

bir zamanda, məhrəmiyət sərhədlərinin aradan qalxdığı, özəl hayatın ictimailəşdiyi,

ünsiyyətin daha çox nəfsaniləşdiyi və mərhəm məsələlərin ortalığa töküldüyü bir

əsrdə yaşayırıq.

Belə bir zamanda, DEMOKRATIYA VƏ AILƏ MƏHRƏMIYYƏTI

UZLAŞDIRMAQ mümkündürmü?

Demokratiya ilk öncə sayğı rejimidir. İnsanlar arasında etnik kökləri, dinləri,

dilləri, cinsləri, düşüncələri və s. görə ayırımçılıq etmədən hər kəsə sayğı

göstərmək, bərabəq haqq və imkanlar tanımaq demokratiyanın ana prinsipidir.

İnsanların malik olduqları haqq və imkanlardan istifadə edə bilmələri üçün

demokratik mühit olmalıdır. Haqq və özgürlüklər ancaq demokratik ortamlarda

gerçəkləşir. Demokratik toplumlar, fərdlərin ən insanca yaşayacakları bir

ortamdır.

Demokratiyanı həyat tərzi halına gətirmək, evdə və şəxsi həyatda demokrat olmaq

çətindir, lakin demokratiya istər cəmiyyətdə, istər ailədə, müasir idarəetmə üsulu

kimi daha etibarlı və təhlükəsizdir.

 

AILƏDƏ DEMOKRATIK YAŞAYIŞLA AILƏ MƏHRƏMIYYƏTI

MƏSƏLƏSI, ILK BAXIŞDA GÖRÜNDÜYÜ KIMI, TƏRS MÜTƏNASIB

DEYIL.

Acıq cəmiyyət prinsipini əsas götürsə də demokratiya da ailəiçi münasibətlərdə

məhrəmiyyətin gözlənilməsini istisna etmir. Çünki, ailə bütün cəmiyyətlərin, eləcə

də demokratik cəmiyyətlərin təməl daşıdır və bütün rejimlər onu qorumağa çalışır.

Lakin ailə həm də insanın məhrəmiyyət qalasıdır.

 

AILƏ MƏHRƏMIYYƏTI NƏDIR və NECƏ OLMALIDIR?

Ailə ümumən mahiyyətində məhrəmlik daşıyan bir məvhumdur, o həm məkan,

həm də məxfilik baxımdan kənara qapalı bir ərazidir. Ailənin olduğu yer, istər

çadır olsun, istər bir mağara “ailə yaşam məkanıdır”. Ailə məhrəmiyyətinin

qorunması üçün əsasən iki məqama diqqət yertirilməlidir: I. məkan

məhrəmiyyəti; II. söhbət məhrəmiyyəti.

 

1) AILƏDƏ MƏKAN MƏHRƏMIYYƏTI

İslam ailə mədəniyyətində bir müsəlman, başqalarının məhrəm məkanına girməz

və başqalarının da öz məhrəm məkanına girməsinə izn verməz.

MƏKAN MƏHRƏMIYYƏT TƏLIMININ PRINSIPI:

– Ailə içərisində hər fərd özəldir və evində ona aid ən azı xüsusi bir guşə (yer və ya

otaq) olmalıdır

– Ana-atanın öz məhrəm güşəsinin olması şərtdir

– Ailə münasibətlərində məhrəmlik, xüsusilə həyat yoldaşları arasındakı özəl

münasibətlər digər ailə üzvlərinin bilgi və müdaxiləsinə qapalı olmalıdır.

– Ailə fərdləri bir-birinin otaqlarına girərkən icazə istəməlidir;

– Ailə içində hiç kimsənin özəl eşyalarına icazəsiz toxunulmamalıdır;

– Ev geyiminə belə diqqət eləmək lazımdır;

– Başqalarının özəl işlərini araşdırmamak;

– Şəxsi söhbətlərə qulaq asmamaq;

– Ailə içərisində yaşanan özəl durumlar üçüncü tərəflərlə paylaşılmamalıdır.

 

2 AILƏDƏ SÖHBƏT MƏHRƏMIYYƏTI

Məkana görə söhbətin sərhədləri qeyri-müəyyəndir.

Günümüzdə, böyük ailə modelinin dağılmasının yaratdığı boşluğu, dostluq və

yoldaşlıq münasibətləri doldurur. Xüsusilə, şəhər mühitində əlaqələr, böyük bir

insani ehtiyaçdır.

İnsanların bir-birləriylə səmimiyyət qurmaları çok gözəldir və hardasa böyük

ailənin boşluğunu doldurur. Ancaq nə olursa olsun, dostluq və yoldaşlıq haqqı

ailə haqqı ilə bir ola bilməz. Necə ki, insanların dost və yoldaş olması, ailədən

fərqli olaraq, onlara mallarını paylaşmalarına dair haqq vermir, bir hüquq

yaratmır, eləcə də ailə həyatlarını da bir ailəymiş kimi bir-birlərinə açmalarına

əsas vermir.

Ailə söhbət mühitinin kənara açılmasının çox böyük təhlükələri vardır və

günümüzdə ailələrin dağılmasına təsir göstərən əsas amillərindən biri də məhz

budur.

İnsanların, özlərini anlatma ehtiyaçları vardır, ancaq ailə məsələlərinin müzakirə

olunduğu yer dostların söhbət məclisləri ola bilməz. Ailənin söhbət ortamı, ailəvi

münasibətlər baxımından ailənin məkanı məsələsi kimi məhrəmdir.

Ailə, çox özəl bir məqamdır və xoşbəxtlik üçün bütün diqqətin ona

cəmləşdirilməsini (konsentrasiya) tələb edir.

Ailəvi söhbətlərin bir qapısı olmalı; nə cütlüklərin durumu bayıra daşınmalı, nə

də başqalarının durumu ailə ortamına gətirilməlidir. Ora bayırdan gətirilən hər

mövzu, o konsentrasiyaya zərər verir; diqqətləri dağıdır, yanlış müqayisələrə yol

açır, qısqançlığa, həsədə səbəb olur və sonda “ailəvi problem” yaradır.

Ona görə ər-arvadın məhrəm münasibətləri, şəxsi söhbətləri başqalarına

söylənilməməlidir. Bu məsələ yalnız sağlamlıq problemləri və tibbi zərurət

yarandıqda ədəb çərçivəsində açıqlana bilər.

Söhbət məhrəmiyyətinin pozulması bir neçə mərhələdə baş verir:

1-ci mərhələ: Ailə həyatı evdən bayıra daşınmış olur.

Ər-arvaddan biri, dostlar arasında, söhbət dalğınlığı içində həyat yoldaşının olumlu

və ya olumsuz davranışlarından danışır: məsələn, “Dünən dava etdik.”, “Bu günə

qədər bir-birimizə heç pis bir söz söyləmədik”. Beləcə, ailə həyatı bayıra

daşınmış olur. Bunun tərif olması belə təhlükəni azaltmır. Çünki cütlüklər bunu

izləyirlər. Əgər, tərif olunan bir gün fərqlı davranarsa tərif edən yalancı durumuna

düşürüldüğünü fikirləşib daha böyük bir reaksiya verir.

2-ci mərhələ: Ailə, özəl bir ortamdır, ortaq qəbul etməz.

O söhbətdə iştirak edənlər, duyduqlarını evlərində, ya (1.) olduğu kimi, ya (2.)

şişirdərək, ya da (3.) yanlış anlaşılmağa yol açacaq qədər əksik anladırlar.

Beləcə, 1. Bayırdakı hayat, ailəvi söhbət ortamına gəlir. 2. Ər-arvaddan biri və ya

ikisi də, müqayisə etməyə başlayar və böyük ehtimalla yanlış nəticələr çıxarır.

“Onlar hər gün dava edirmiş; biz, bir gün olsun dava etdikmi? Bunun qiymətini

bil”, “Bax, nə yaxşı qadınmış, bir də özünə bax!”. Beləliklə, başqalarının həyatı,

gəlib bizim həyatımızın ortasına girər. Amma ailə, özəl bir ortamdır, ortaq qəbul

etməz.

3-cü mərhələ: Dedi-qodu, ailəni dağıdar

Ər-arvaddan biri və ya ikisi, ailə məhrəmiyyətini ortadan qaldıran bir şeyi kənarda

söyləyir. Beləcə həm bu ilk danışanın, həm də onun haqqında öz ortamlarında

danışanların ailə münasibətləri üçüncü bir adama ötürülür. Bu nöqtədə dedi-qodu

başlayır.

Ər-arvad arasındakı münasibət həyatın ən məhrəm sahəsidir. Ər və arvadın həyatı

başqalarının haqqında ən az danışacaqları və ən çox diqqətlə yanaşacaqları bir

məsələdir.

Ailənin özünə aid mənəvi məkanı var. Ailə bir qaladır. Ailə fərdlərin sirrləri tutma

zirehi ilə çevrələnmiş bir sığınacaqdır. Dedi-qodu, bu mənəvi məkanı ətrafa açır;

zirehi dəlır və qalanı mənən işgala uğradır.

Ər-arvad həyat yoldaşının islah olmasına ya da ondan haqqını almasına vəsilə

olacak insanlardan başqa kimsənin yanında ondan danışmamalıdır. Hələ bunu birbiriylə danışma (ünsiyyət qurma) ehtiyacını ödəmə, sıxıntıdan qurtuluş,

başqalarının qüsurları üzərində əylənmə vasitəsinə heç çevirməməlidir. Ər-

arvadın kənarda duyduqları hər şeyi, süzgəçdən keçirtmədən “Öz aramızda” və ya

“Bizim özəl məkanımız” diyərək bir-birlərinə ötürməsi də düzgün deyil.

Dedi-kodu:

– Ətrafdakıları qapıda durması gərəkirkən içəriyə alır; ər-arvadın diqqətini birbirləri üzərindən başkalarının üzərinə daşıyır.

-Yanlış müqayisələrə yol açarak ər-arvadın bir-birlərindən gözləntilərinin

artmasına, bu gözlənti reallaşmayınca da ailə içi dartışmaların yaşanmasına səbəb

olur.

-Ailənin fərqındə olmadan çevrəsindəkilərin sirrlərini araşdırmasına, dolayısıyla

dostları arasında bir didərginliyə yol açmasına səbəb olur.

-Ailəni dostları qarşısında gizli bir “gözükölgəlilik” durumuna düşürür. Bu da

dostlarla münasibətləri “soyudar”, tədricən ailəni çevrəsi içində yalqızlaşdırır.

-Ailəni faydalı danışıqlardan, elmi söhbətlərdən uzaqlaşdırır.

 

AILƏ MƏRƏMIYYƏTI VƏ UŞAQLAR

 Uşaqların fəzilətli bir şəxsiyyət kimi böyüməsi üçün uşaqlıqdan onların

məhrəmiyyət bilincinə (şüuruna) yiyələnməsi vacibdir:

 Mahrəmiyət təlimini verən ilk yuva ailədirr. Ana-atanın vəzifəsi uşaqlara var

olan həya –abır, gizlətmə, hissini pozmadan bir həyat modeli təqdim

etməkdır.

 Öncə uşaqlara ailə içində məhrəmiyyətin sərhədlərini, sonra bayırdakı və

içəridəki təhlükələrə qarşı özlərini qoruma üsullarını öyrətmək lazımdır.

 Uşaqlarda özəl həyat bilincinin oturuşması sadəcə ana-ata davranışlarıyla

deyil, televiziya, internet kimi əlaqə vasitələrinin də ciddî süzülməsiylə

formalaşır. Təəssüf ki, virtual mühitdə nümayiş olunan ölçüsüz və qeyrietik mənzərələr, ən günahsız görünən cizgi filmləri və reklamlar tərəfindən

verilən bilinçaltı mesajlar məhrəmiyyət qavrayışını ciddi şəkildə pozur.

 Ailənin vəzifəsi həm onları tərbiyə edərək ailə içi yaşantılarında

məhrəmiyət çərçivələrinə diqqət etmək, hassasiyyətlə ev yaşantılarını

düzənləmək, həm də uşaqların bədənlərinin özlərinə aid və toxunulmaz

olduğunu, ana-ata daxil başqalarıyla onun arasında bir gizlilik divarının

olduğunu öyrətmələri gərəkik.

Uşaqlara:

 bədənlərinin özəl və dəyərli olması hissi aşılanmalıdır,

 bacı-qardaşların yatağı, mümkünsə otaqları ayrılmalıdır;

 eyni cinsdən olsalar da, yeddi yaşından etibarən uşaqlar ayrı yataqlarda

yatmalıdır

 valideynlərin otağına icazısiz girməməyi uşaqlara öyrətmək lazımdır.

 uşaqlarda hamam və tualetdən istifadə mədəniyyəti formalaşdırılmalıdır.

 uşaqların geyimləri hər kəsin içində dəyişdirilməməlidir

 ana-ata uşağın otağına izinsiz girməməli, izinsiz ona toxunmamalıdır,

 Paltarlarını geydirirkən bilə ana bunu ondan icazə alaraq etməlidir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir