b2

B2 vitamini sağlamlıq üçün təhlükəlidir?

Baxış sayı: 805

Malayziyanın Perdana (Perdana University) Universitetinin tədqiqatçıları B2 vitamininin defisitinin sağlamlıq üçün nə qədər təhlükəli olduğunu müəyyənləşdiriblər.

Bu barədə “Star” nəşri bildirib.

Alimlərin sözlərinə görə, B2 vitamini antioksidant xüsusiyyətini özündə saxlayır, bunun nəticəsində oksidləşdirmə zədələri yüngülləşir. Bu proseslər bir sıra xəstəliklərlə bağlı ola bilər.

Alimlər onkoloji, ürək-damar xəstəlikləri, diabet, həmçinin Alsqeymer xəstəlikləri inkişafı riskini istisna etmir.

Elm mütəxəssisləri deyirlər ki yüksək oksidləşdirmə stressi, riboflavin çatışmazlığına gətirib çıxara bilər.

Sonra qan azlığına gətirən qan dövranı sistemi funksiyalarının pisləşməsi də ola bilər. Bundan başqa, həzm sistemi də B2 vitamini çatışmazlığından zərər çəkə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir