Ketogenik pəhriz koronavirusa yoluxma riskini azaldır, yoluxma baş verdiyi təqdirdə isə ağır formaya çevrilməsindən qoruyur.
Bu barədə alimlərin araşdırması nəticəsində məlum olub.
Mütəxəssislər həmçinin onu da qeyd edib ki, pəhrizdəki az miqdarda karbohidrat bədəndə yağ və pis xolesterol faizini azaldır və eyni zamanda qanda şəkər səviyyəsini sabitləşdirir. Təcrübələr göstərir ki, belə bir pəhriz bədənin oksidləşdirici stresini idarə edən və antiinflamatuar təsirə malik olan plazmadakı keton cisimlərinin səviyyəsini artırır.
“Bu pəhriz adaptiv immun hüceyrələrin fəaliyyətini yaxşılaşdıra və koronavirus riskini azalda bilər”, – qeyd olunub.