erzaq pul

Həftəlik ərzaq məhsullarına nə qədər pul xərclənir – DÜNYADA

Baxış sayı: 3. 188

Bəs ayrı-ayrı ölkələrdə orta gəlirli və orta həyat tərzi sürən ailələr həftəlik ərzaq məhsullarına nə qədər pul xərcləyirlər?

Mövzu ilə bağlı maraqlı faktları və fərqli rəqəmləri təqdim edirik.

Uzunömürlülər olkəsi olan Yaponiyada 4 nəfərlik ailə üçün həftəlik bazarlıq etməyə 320 dollar lazımdır. Yəqin ki, zəhmətkeş yaponlar üçün bu pulu qazanmaq o qədər də çətin deyil.

Çində 4 nəfərlik ailəni bir həftəlik ərzaq məhsulları ilə təmin etmək üçün 155 dollar sərf olunur. Bizim dildə desək “Kitayski mallar” elə özlərində də ucuzdur.


Hazırda məlum hadisələrlə bağlı bütün dünyanın diqqətini özünə cəlb edən Fransada terror-filan olmasa 4 nəfərlik ailənin bir həftəlik ərzaq məhsullarının alınması üçün 420 dollar xərclənməlidir.

Avstraliyalılar həftə ərzində qidalanmaq üçün 4 nəfərlik ailəyə büdcələrindən 380 dollar xərcləyirlər.


Malidə vəziyyət bir az fərqlidir. Bu ölkədə 15 nəfərlik ailəyə bir həftəlik bazarlıq etmək üçün 27 dollar bəs edir. Ailə yeməyə bir az qənaət etsə bu pulla alınmış düyü və yarma növbəti həftənin bir-iki gününə də çatar.

Amerikalılar işdə olarkən fast food yeməklərinə pul xərcləməsələr 4 nəfərlik ailə üzvləri üçün həftəlik ərzaq məhsullarına 340 dollar çatar.

Hindistanda ailəni dolandırmaq çox da qəliz məsələ deyil. Əsasən düyü ilə qidalanan hindlilər 4 nəfərlik ailəni həftə ərzində bu məhsulla təmin etmək üçün cəmisi 40 dollar pul xərcləyirlər.

Lüksemburqda bir az bahalıqdır. Bu ölkədə 4 nəfərlik ailə üçün qida məhsullarına 500 dollara yaxın pul sərf olunur.

Almanlar da yeməklərinə az pul xərcləmirlər. Ailə başçısı 4 nəfərlik ailə üzvlərinə bir həftəlik bazarlıq edəndə 500 dollardan artıq pul xərcləyir. Alman dəqiqliyi ilə desək 500 dollar 7 sent.

Ekvadorda evin kişisi həftədə 35 dollar qazana bilirsə 10 nəfərlik ailəsinə bir həftəlik bazarlıq etməsi problem deyil. Daha çox banan, kartof, kələm və digər meyvə, tərəvəzlərə üstünlük verən Ekvador sakinlərinə həftəlik ərzaq məhsulları üçün 35-40 dollar bəs edir.


Polşada təxminən 180-200 dollar xərcləməklə 4 nəfərlik ailənin həftəlik ərzaq tələbatını ödəmək mümkündür.

Meksikada 4 nəfərlik ailə həftə ərzində 190 dollarlıq ərzaqdan istifadə edir. Nəzərə alsaq ki, meksikalılar rəqs etməyi çox sevir, bu yaxşı göstəricidir. Çünki rəqs həzm prosesini asanlaşdırır.

Küveytlilər varlı olsalar da 8 nəfərlik ailə üçün ərzaq məhsullarına həftədə 220 dollar xərcləyirlər.

Monqollar avropalılarla müqayisədə ərzaq məhsullarına xeyli az pul xərcləyirlər. Monqolustanda 4 nəfərlik ailənin bir həftəlik ərzaq təminatı üçün 40 dollar kifayətdir.

Arzu edək ki, hər bir ailənin qazancı çox, ruzusu bol, süfrəsi açıq olsun.

İlham Cəmiloğlu

/modern.az/




3 şərh “Həftəlik ərzaq məhsullarına nə qədər pul xərclənir – DÜNYADA

  1. Mr John

    Salam, mən cənab John Vonk, həyat vaxt imkan kreditlər verir ki, özəl kredit kreditorun am. Siz təcili borclarını ödəmək və ya sizin biznes artırmaq üçün kredit lazımdır kredit lazımdır? ki, 2% dərəcəsi ilə biznes investisiya, ödəmək üçün pis kredit və ya pul ehtiyacı var. Belə ki, e-poçt, bizə bu gün əlaqə

    (financialglobaltransformation@gmail.com).

    bu nöqtədə mən şahid və ya müştərilərin ifadə eşitmək şans idi yoxdur səbəbdən sizə bir günah yerləşdirmək deyil. Mən sözləri bir insanam və i təşkilatlar, şirkətlər və fiziki şəxslər üçün nə ilə lovğalanmaq deyil. İndi bir həyat dəyişən proqram istifadə etmək bir ömür boyu imkanı var. Bu şirkətlər S. canlandırmaq, insanların bütün dünya fondu ətrafında öz layihələrini kömək borclarını ödəmək üçün yer qoymaq və biz uğurla bu bir neçə il belə uzaq etdik. I artıq bildirib ki, bütün ilə, seçim proqramı və ya xeyrinə hazırda sizin və ya bir ömür boyu pass siz imkanı baxın.

    Cavabla
  2. Jose

    Greetings! Biz qədər maliyyə yardımı bütün növ təklif olan: təminatlı kreditlər, təminatsız kreditlər, stock broker və ipoteka xidmətləri və belə daha çox və bütün bu ləğv başına 3% kimi aşağı bir nisbətdə üçün gedin. hər hansı bir səbəbdən, maliyyə yardımı hər hansı formada ehtiyacı var və ya bir investor lazımdır, onda e-poçt vasitəsilə bu gün bizimlə əlaqəL: best_westernlendinglimited@hotmail.com

    Cavabla
  3. Orxan

    Bele baxıram ki mənim bir aylıq bazarlığım məcburi olaraq yeni elimde olan budur 200manat edir yeni 50manat düşür həftəyə siz ən kasıb malı demisiz mən malı qədərdə bazarlıq edə bilmirem

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir