Artıq bir ilə yaxındır ki, hər kəs Covid-19 virusundan qorunmağa çalışır. Amma az qala hamımızın əzbər bildiyi koronavirus əlamətləri çox vaxt bizi yanıldır. Beləliklə, Covid-19-la oxşar göstəricilərə malik olan panik ataq əlamətlərini təqdim edirik:
– Anidən bədəndə istiliyin hiss edilməsi
– Baş gicəllənmə
– Boğulma
– Dəhşət hissi və ya ölüm qorxusu
– Titrəmə
– Ürək ağrısı və ürək çırpıntısı
– Ağızda quruluq
– Nəfəs darlığı
– Barmaqlarda uyuşma
– Tərləmə
– Bədəndə uyuşma və iynə batma hissi